İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan məktəbliləri Paşinyana görə təhlükəli vəziyyətlə üz-üzə qalıblar - VİDEO

552 11.04.2024 14:17 Region A A

Ötən gün Ermənistanın bölgələrindən baş nazir Nikol Paşinyanla görüşməyə gələn yeniyetmələr parlamentin binasında çətin vəziyyətlə üzləşiblər.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Parlamentdəki çıxışını bitirən nazir onu gözləyən məktəblilərlə görüşə gedərkən jurnalistlər onu əhatəyə alaraq suallar verməyə başlayıblar.

N.Paşinyan sualları cavablandırarkən təhlükəsizlik qüvvələri otağa giriş-çıxışları tam bağladıqlarından 20-yə yaxın məktəbli pəncərəsiz otaqda müsahibənin bitməsini gözləmək məcburiyyətində qalıb.

Nəticədə havasızlıqdan bir neçə uşağın halının pisləşdiyi bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR