İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 23 silahlı həbs edildi - Qazaxın kəndinə gəlirmişlər

1148 24.03.2024 18:05 Region A A

Silah və döyüş sursatı saxlamaqda və gəzdirməkdə şübhəli bilinən 23 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya departamentinin rəhbəri Zarzand Qabrielyan bildirib.

O əlavə edib ki, saxlanılanların hansı təşkilatın üzvü olmasından xəbərsizdir.

Bundan əvvəl “Döyüş Qardaşlığı” təşkilatın 30-a yaxın üzvünün nəzarətə alındığı bildirilib.

Yerli mətbuat qeyd edib ki, “Döyüş Qardaşlığı”nın üzvləri bu gün yerli əhalinin müdafiə qabiliyyətini artırmaqla bütün il ərzində işlədikləri işğal altındakı Əskipara kəndinə baş çəkməyi planlaşdırıblar. Polis onları təhlükəsizlik səbəbi ilə getməməyə çağırıb, buna cavab olaraq “Qardaşlar” kompromis həll yolu - Baganis Ayrıma getməyi təklif edib, lakin bu da rədd edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR