İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda sülhə mane olmaq istəyənlər onlardır, “üçbucaq”dakıların məqsədi nədir?  

562 08.05.2024 14:29 Region A A

 

“Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya olunması real sülhə doğru atılan ilk addımlardan biri kimi səciyyələndirilməlidir. Buna etiraz edənlər isə sülhü qəbul etməyənlər, yaxud sülhlə bağlı özlərinin ayrıca planları olan tərəflərdir”.

Bu fikirləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu Ermənistanda daxili ictimai-siyasi vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Ermənistan daxilində bu tərəflər kilsə, Qarabağ klanı, revanşistlər və “Daşnaksütun” partiyasıdır:

“Xaricdən də regionda sülhə mane olmaq istəyən tərəfləri tanıyırıq-region ölkələrindən ikisi. Ermənistan və Azərbaycan arasında sülhün məhz iki ölkənin vasitəçi olmadan əldə olunmasını istəməyən qüvvələr var. Beləliklə, belə lokal aksiyaların təşkil olunması yolverilməzdir. Nəticə etibarilə hər kəs anlamalıdır ki, bu proses sülhə doğru atılan ilk və kifayət qədər qətiyyətli addımdır. Əslində,  kilsə, Qarabağ klanı və “Daşnaksütun” partiyası üçbucağının məqsədinin nə olduğunu baş nazir Nikol Paşinyan özü izah etdi. O dedi ki, kəndlərin qaytarılmasını istəməyənlər regionda yeni müharibə istəyənlərdir.

Onların məqsədi müharibəni bəhanə edərək üçüncü ölkənin sülhməramlılarını Ermənistana gətirmək, onların qalıcı olmasını təmin etməkdir. Düşünürəm ki, bu ifadələrdə reallıq payı var. Buna görə də Ermənistan sülhdə israr etməlidir və Azərbaycanın sülhə bağlı çağırışlarına cavab verməlidir. Əks təqdirdə, ilk addımdan sonra sülhün yenidən pozulması təhlükəsi və ehtimalı yarana bilər”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR