İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda terror hadisəsi - "Döyüş qardaşlığı" iştirakını təkzib edir

618 24.03.2024 18:20 Region A A

Xəbər verildiyi kimi, silahlı şəxslər İrəvanda Nor-Nork icmasının polis şöbəsinin binasına soxulublar.

Musavat.com “Bagramyan 26” kanalına istinadən xəbər verir ki, aksiyada adı çəkilən “Döyüş qardaşlığı” təşkilatı bəyanat yayıb.

“Döyüş Qardaşlığı hərəkatının baş verənlərlə heç bir əlaqəsi yoxdur. Biz istənilən növ terror fəaliyyətini pisləyirik, yalnız qanun çərçivəsində hərəkət edirik və edəcəyik”, - deyə telegram kanalda yayılan bəyanatda bildirilir.

“Bagramyan 26”nın məlumatına görə, polis idarəsinə hücum edənlər “Sasna Tsrer” təşkilatının üzvləridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR