İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Əliyev: “Bu, yanlışdır, məsuliyyət labüddür”

799 29.03.2024 13:00 Ölkə A A

Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanuna dəyişikliklər müzakirə olunaraq qəbul edilib.

Musavat.com bildirir ki, deputat Etibar Əliyev qanuna təklif olunan dəyişikliklərin həddindən artıq vacib dəyişikliklər olduğunu bildirib: “78-ci maddə üzrə təklif olunur ki, adında Kütləvi İnformasiya Vasitələri sözləri Media sözü ilə əvəz edilsin. 78.1, 78.3 maddələrində 78.4 -cü maddənin birinci və ikinci cümlələrində isə təklif olunur ki, teleradio şirkətləri təşkilatları sözləri televizya və radio yayımçıları sözləri ilə əvəz edilsin. İndiyə qədər Kütləvi İnformasiya vasitələri anlayışından istifadə olunurdu. Bu anlayış altında informasiyaların geniş insanlar arasında yayan struktur nəzərdə tutulur. Bunun bir məhdud tərəfini deyim: Belə yanaşma mədəniyyət sahəsinə aid olan kütləvi kommunikasiyalar komponentini  məsələn kino, kitab nəşri və sair anlayışları kənarda saxlayır”.

E.Əliyev qeyd edib ki, indiki şəraitdə Kütləvi informasiya vasitələri anlayışı mövcud kommunikasiya işində yetərli sayıla bilməz: “Semantik baxımdan da belədir. KİV dedikdə bura televiziya və radio, qəzet, internetin media profilləri daxil edilirdi. Media anlayışı isə daha genişdir. Media sözü latın sözü medium-dan gəlir, mənası vasitədir. Özü kommunikasiya daşıyıcısıdır. Lakin anlayışın xarakteristikası çoxdur”.

Deputat bildirib ki, dünyada media tədqiqatları institutları fəaliyyət göstərir və universitetlərin nəzdindədir: “Məsələn, Massaçusetsdə Media - lab Beynəlxalq mərkəz yaradılıb, burda 10-larla laboratoriya fəaliyyət göstərir. Bizdə də belə laboratoriyaların yaradılması günün tələbidir. Bizdə cəhdlər var, ancaq səmərəlilik artırılmalıdır. Media bütün informasiya daşıyıcılarının və məlumatı auditoriyaya çatdıran vasitələrin məcmusudur. Reklam, təbliğat, peyk televiziyası, kabel televiziyası mediadır. Bunlar Kommunikasiya platformaları və media vasitələridir.  Məsələn kabel televiziyaları kontent yaratmır. Və ona cavabdehlik daşımır. Bundan sonra cavabdehlik daşımalıdırlar. Məqsəd məsuliyyət daşıyanların sayını artırmaqdır. 20-yə yaxın kabel televiziyası ilə məşğul olan şirkət var. Bəzi hallarda elə əhəmiyyətli məqamlar olur ki, kabel TV, peyk TV öz üzərinə məsuliyyət götürmək istəmir, məsələn, Xocalı faciəsi günündə Azərbaycana dost olmayan hansısa ölkənin anti - Azərbaycan kanalını və verilişini yayımlamaq marağa və məntiqə zidd olur. Bunun nəzərə alınması vacibdir. Bu məsələnin qaldırılması heç də söz və ifadə azadlığını məhdudlaşdırmır. Adlarını media ekspertləri qoyan bəziləri internet televiziyasının tənzimlənməsini televiziya və radio yayımçıları anlayışı altına daxil edilməsini düzgün hesab etmirlər. Bu yanlışdır, məsuliyyət labüddür”.

E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR