İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fazil Mustafa İranı olduqca narahat edirdi, ona görə də...”

1749 29.03.2023 14:22 Gündəm A A

“Şübhəsiz ki, ictimaiyyət tərəfindən sevilən, fikirlərinə etibar olunan Fazil Mustafanın belə bir terror aktının hədəfi olaraq seçilməsi birbaşa onun apardığı ictimai-siyasi fəaliyyətin mahiyyəti ilə bağlıdır”.

8e83095746a9e85808f44210160b6359.jpg (78 KB)

Bu sözləri Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a açıqlamasında deyib. Siyasi şərhçi azərbaycanlı deputata qarşı terror aktının törədilməsində İran izinin olması ehtimalından söz açaraq bildirib:

“Hər şeydən öncə Fazil Mustafaya acil şəfa diləyirəm. Qeyd edim ki, son zamanlarda Fazil Mustafanın özəlliklə ideoloji müstəvidə İranın din adı altında xurafatı Azərbaycan cəmiyyətinə sırımaq istəyinə və onun yerli kiçik ortaqlarına qarşı açdığı savaş bayrağı İranı olduqca narahat edirdi. Bu narahatlığın nə dərəcədə ciddi olduğunu İranın rəsmi televiziya kanallarında və sosial mediasında Fazil bəyi hədəf alan açıqlamalardan rahatlıqla görmək mümkündür. Bu açıqlamalarda sərt təhdidlər, hədə-qorxular yer alırdı. Bütün bunları nəzərə alaraq, İran rejiminin birbaşa bu terror aktının arxasında ola biləcəyini ehtimal etmək mümkündür”.

Siyasi şərhçi qeyd edib ki, insanların bütün terror olaylarında İranın əlinin olması ehtimalını düşünməsi heç də təəccüblü deyil:

“Çünki İran rejimi 44 illik hakimiyyəti dövründə bu tipli hadisələrlə zəngindir. İran rejimi hər zaman daxili və xarici müxaliflərini məhz terror silahı ilə susdurmağa çalışıb və bununla bağlı kifayət qədər faktlar mövcuddur, dünya dövlətləri də buna şahiddir. İranın özəlliklə son zamanlarda Azərbaycana qarşı hər platformada açıq-aşkar düşmənçiliyini ifadə etməkdən çəkinməməsi, yerli-yersiz güc nümayişi ilə Azərbaycan hədə-qorxu gəlməsi, terrorçuluq sahəsində ən yaxşı bilici olması Fazil Mustafaya qarşı edilən terrorun da onun gerçəkləşdirdiyi ehtimalını verir. Beləliklə, dolayısı ilə Fazil Mustafaya qarşı gerçəkləşdirilən terror aktının İran tərəfindən birbaşa Azərbaycan dövlətini təhdid etmək məqsədi daşıdığını demək mümkündür”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR