İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ukraynaya altı körpü verəcək

841 16.09.2022 04:30 Dünya A A

Fransa hökuməti yerli sənayeçilərlə birlikdə altı körpünü Ukraynaya təhvil verəcək.

Onlar Rusiyanın işğalı zamanı dağılmış analoji obyektlərin əvəzinə Çerniqov vilayətində quraşdırılacaq.

Paris həmçinin beş generator və iki istilik qazanının alınması üçün 250 min avro ayıracaq. Generatorlar ərazinin kritik infrastrukturuna, sosial və tibbi ehtiyaclarına xidmət edəcək.

Bundan əlavə, Fransa Çerniqov vilayətindəki uşaqlara min ədəd noutbuk bağışlayacaq, azyaşlıların və onların ailələrinin psixoloji durumu ilə bağlı işlərin görülməsi üçün 50 min avro verəcək.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR