İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yaşayış binası yanıb - VIDEO

894 28.03.2024 23:30 Hadisə A A

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

“Report”un məlumatına görə, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, üçmərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR