İnsanlara hürriyət, millətlərə istiqlal!

Geyim dükanlarının 99 qəpik sirri: İtirən alıcılar, qazanan satıcılardır - VİDEO

1422 05.11.2023 09:45 Reportaj A A

Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitir. 1,29, 6,49, 14,99 qəpik və sair.

İqtisadçı ekspert Eyyub Kərimli Xəzər TV-yə deyib ki, məhsulların qiymətinin belə təqdim olunması tam olaraq sahibkarın xeyrinədir. Yəni, bu cür qiymətləndirmədə itirən alıcı, qazanan isə şəbəkə olur.

Psixoloq Könül Xəlilova isə hesab edir ki, 99 strategiyası biznes tələsidir və bu addımla alıcılara maksimum psixoloji təsir edilir. Məsələn, 15 manat 99 qəpiyə satılan məhsulu heç kim 16 manat kimi qəbul etmir, hər kəs fokslanır 15 rəqəminə.

Mütəxəssislər deyir ki, hazırda bu 1 qəpikləri itirməməyin ən optimal yolu nağdsız qaydada, yəni kartla alış-veriş etməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR