İnsanlara hürriyət, millətlərə istiqlal!

“Göyçə - Zəngəzur Respublikası” qalmaqalı: Rizvan Talıbovla Əli Vəliyev CANLI debatda

2270 19.03.2021 13:35 Gündəm A A

Azərbaycan ordusunun 4 günlük antiterror təlimləri başa çatdı. Bu ilk belə təlim idi. Həm də 44 günlük qalibiyyətli müharibədən sonra... Xüsusən də Ermənistanın gizli yolla ərazimizə silahlılar göndərməsi barədə artan xəbərlər fonunda son təlimlər önəmlidir. Belə təlimlər “bəlkə qaytardılar” xülyası ilə yaşayan Ermənistan və separatçılar üçün çəkindirici rol oynaya bilərmi?

Məlumdur ki, Rusiya qazı Ermənistana növbəti üç həftə ərzində Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb “Şimali Qafqaz - Cənubi Qafqaz” kəmərində təmir işlərinin aparılmasıdır.

Bakı Moskvanın bu xahişini nəzərə alıb, bu jesti Ermənistan necə qiymətləndirəcək? İrəvan Zəngəzur dəhlizinin açılmasını sürətləndirməli, minaların xəritəsini verməli deyilmi?

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl törətdiyini, “ancaq onları buna məcbur edəcəyik” deyə bildirmişdi.
İndi biz erməniləri qışda soyuqda donmağa qoymadıqsa, qarşı tərəf də sülhə doğru addım atmalı, 11 yanvar razılaşmasına adekvat addımlar atmalıdır. Zəngəzur dəhlizi demişkən, Qərbi azərbaycanlıların öz yurd-yuvasına qayıdışı gündəmə gətirilməlidir, hətta ekspertlər hesab edirlər ki, bu məsələ danışıqlar masasında müzakirə predmeti olmalıdır.

Yeri gəlmişkən, Qərbi Azərbaycana Qayıdış Birliyində sular durulmur, təşkilat daxilində qovğa bitmək bilmir. Məlum olduğu kimi, təşkilatın Ali Məşvərət Şurası bəyanatla çıxış edərək Göyçə, Zəngəzur mahallarının tarixi sərhədləri içində Göyçə - Zəngəzur Respublikasının (GZR) yaradıldığı elan etmişdi, prezidenti Rizvan Talıbov seçildiyi açıqlanmışdı.

Lakin çox çəkmədi ki, QAQB-nin İdarə heyətinin, Mərkəzi nəzarət-təftiş komitəsi və Ali məclisinin birgə bəyanat yayıldı və qərara etiraz olundu, belə bir toplantı keçirilmədiyi, Göyçə - Zəngəzur Respublikası elan edilmədiyi bildirildi, R.Talıbovun özfəaliyyəti adlandırıldı, onun təşkilat sədrliyindən uzaqlaşdırıldığı, yerinə müvəqqəti Əli Vəliyev seçildiyi bəyan olundu. Həmçinin, bu qalmaqal MusavatTV-nin canlı efirinə də daşındı, tərəflərlə bağlantı quruldu, mövqeləri öyrənildi.

Ə.Vəliyev R.Talıbovun özbaşına qərar verdiyini, ümumiyyətlə, GZR-in yaradılmasını separatçı addım kimi qiymətləndirdi.

Öz növbəsində isə R.Talıbov canlı yayıma qoşularaq bildirdi ki, artıq QAQB-nin fəaliyyətinə xitam verilib, partiya təsis olunur.

Bu gün Musavat TV-nin canlı yayımında aparıcı Emil Salamoğlunun moderatorluğu ilə Zəngəzur dəhlizinin açılması, Ermənistanın bu məsələdə sərgilədiyi mövqe, Qafanın bəzi mövqelərinin Azərbaycana verilməsi iddiaları, Qərbi azərbaycanlıların öz yurd-yuvasına qayıdış fürsətləri, o cümlədən QAQB-də baş verən parçalanmalar, GZR-in elan olunması və perspektivləri Rizvan Talıbovla Əli Vəliyev tərəfindən dartışılır.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR