İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanın BOZ Qurdları: Abbas Lisaninin evindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR VİDEO

913 10.04.2024 15:21 Region A A

Bu yaxınlarda həbsxanadan çıxan Güney Azərbaycan milli hərakatının liderlərindən olan Abbas Lisaninin evindən maraqlı görüntülər yayılıb. 

Yeni çəkilən görüntülərdən də göründüyü kimi, Azərbaycanın mahiyyəti onun coğrafiyasından qat-qat böyükdür.

Musavat.com həmin götüntüləri təqdim edir:

Qeyd edək ki, Abbas Lisani 1968-ci ildə Ərdəbildə anadan olub. O, 1997-ci ildən etibarən göstərdiyi milli mədəni fəaliyyətə görə dəfələrlə həbs olunub. Azərbaycanlı milli fəal 2003-cü il avqustun 25-də Babək Qalası Qurultayında iştirak etdiyinə görə həbs olunub. 2003-cü il sentyabrın 18-də 50 milyon rial pulun girov qoyulması müqabilində azadlığa buraxılıb. 

A.Lisani 2005-ci ildə Məşrutə İnqilabının ildönümü münasibətilə Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimdə iştirak etdiyinə görə növbəti dəfə həbs edilib.

Sonuncu dəfə isə o, 2019-cu ilin yanvar ayında yaşadığı Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz həbsxanasına göndərilib.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayandan sonra Abbas Lisaniyə yaxınları ilə görüşmək və telefonla danışmaq qadağan edilib.

Azərbaycanlı milli fəal 2023-cü il fevralın 21-də ədliyyə sistemi "ümumi əfv sərəncamı" elan etdikdən sonra Ərdəbil həbsxanasından azad edilib və dərhal Yəzd şəhərinə sürgün edilib. Lakin o, sürgün hökmünə tabe olmayıb və Ərdəbil şəhərinə qayıdıb. Burada isə onu milli fəallar qarşılayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR