İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: baba və nəvələr stadionda

3063 21.12.2023 18:45 Foto fakt A A

Günün şəkli budur, bu gün günorta Xankəndidə çəkilib.

Şəkildəki bir şəxsi hər kəs tanıyır, o, Azərbaycan dövlətinin başçısı İlham Əliyevdir. Onun ətrafında oturan balacalar isə nəvələridir – mənəvi nəvələri.

Adətdəndir, köhnə vaxtlarda da babalar stadionda futbola baxmağa sevimli nəvələri ilə gedərdilər. Prezident bu gün futbola bu uşaqlarla, nəvə hesab etdiyi balacalarla birlikdə baxıb.

Bu gün 6 mindən çox azarkeş məhz bu uşaqların igid, vətən yolunda canlarını fəda edən atalarının sayəsində Xankəndidə stadionda əmin-arxayın şəkildə oturub futbola tamaşa edib. Onların yeri elə şərəf tribunasıdır.

Xankəndi Xankəndi olalı, şəhərdə stadion tikiləli ilk dəfədir azərbaycanlılar bu stadionda bu qədər təhlükəsizlikdədirlər.

Hələ sovet dövründə ermənilər Azərbaycanın digər şəhərlərindən gəlib bu stadionda matça çıxan komandaların oyununda mütləq coşur, qızışır, dava salırdılar, xoşagəlməz şüarlar qışqırırdılar.

Bu gün isə dava-dalaş baxımından sakitlik idi, coşqu vardı, amma bu, futbol azarkeşliyindən doğan ehtiras deyildi, bu qələbə, vətən coşqusu idi.

Prezidentin yanında oturub futbola baxan balacalar üçün bu, ömürləri boyunca unuda bilməyəcəkləri xatirədir.

Bunu hər kim düşünübsə, ağlına, zəkasına, insanpərvərliyinə və vətənpərvərliyinə eşq olsun.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR