İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Çəltik tarlasında lıqqa ilə PR

5578 23.08.2023 17:25 Foto fakt A A

Bu şəkil Şimali Koreyada çəkilib, bu gün dünya mediasında tirajlanır.

Şəkildə görünən adamı oxuculara təqdim etməyə ehtiyac yoxdur. O, dünyanın ən məşhur personalarından biri olan Kim Çen Indır.

Kim Çen In 80 ilə yaxındır Şimali Koreyanı idarə edən Kim sülaləsinin III hökmdarıdır. Kim İr Seinin nəvəsi, Kim İr Çenin oğludur.

Şəkilə baxan düşünər ki, bəs bu adam niyə bataqlığa, qamışlığa girib?

Bu, adi bataqlıq-qamışlıq deyil, çəltik plantasiyasıdır. Çəltik plantasiyası bu cür suvarılır. Bitkilər tam olaraq suyun içində olmalıdır.

Ancaq o, plantasiyanın kənarında da dura, tarlaya qıraqdan tamaşa edə bilərdi. Xeyr, belə lazımdır.

Kim Çen Inın dizindən yuxarı qalxmış suyun içində, çəltik plantasiyasında çəkdirdiyi bu şəkil bir vaxtlar bizim rəhbərlərin pambıq plantasiyasında zəhmətkeşlərlə birlikdə çəkdirdikləri şəkli xatırladır.

O fotolar da, bu da təbliğat xarakterlidir, rəhbərlərin xalqın işi-gücü, günü-güzəranı ilə maraqlanmasını göstərir. Yəni baxın, rəhbər şəxslər öz bahalı ayaqqabıları və şıq kostyumları ilə plantasiyada, tarlada olmaqdan eymənmirlər.

Kim Çen In isə bir az ağ edib, öz ağ kostyumu ilə qurşağına qədər lığın, zığın içinə girib, bir balaca büdrəsə, camış kimi palçığa ağnaması qaçılmazdır.

369701169_6903904569619708_2845962885286032578_n.jpg (41 KB)

O, “xalqın sevimlisi” olmaq problemini belə həll edir. Kimin öz dünyası var: gah qızını da götürüb nüvə-raket sınağı keçirməyə gedir, gah da başının dəstəsi ilə istehsal müəssisələrinə baş çəkir, onlara dəyərli tövsiyələrini verir, həmin şəxslər də gölməçənin ortasında kağız-qələm çıxarıb “müdrik rəhbər”in dediklərini yazırlar.

Nəticədə bu cür, bütün dünyanı güldürən şəkillər əmələ gəlir. Bu mənzərəni yalnız itizəkalı karikaturistlər düşünə bilərdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR