İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan torpaqlarını müharibəsiz geri qaytara bilər

2700 09.06.2023 08:05 Yazarlar A A

Ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar var; bəlkə də Türkiyə də o danışıqlar masasındadır, ya da olacaq...

NATO Ukraynaya qoşun göndərəməyə gec-tez qərar verəcəkdisə, bunu gərək vaxtında-Rusiya qoşunu Donbasa girmədən edəydi. O zaman nə bu qırğınlar olardı, nə xaraba, su altında qalmış şəhərlər...

Ukraynanı 2014-cü ildən bəri oturtdular “gözləmə zalında”, heç olmasa, Avropa Birliyinə də üzv etmədilər. Niyə etmədilər? Yunan Kiprdən nəyi əskin idi? Guya korrupsiya-filan varmış, gərək özlərini düzəltsinlər və sairə. Boş bəhanələr... Bəs, NATO-ya niyə üzv etmədilər? Ona da bəhanələri çox idi. Yuqoslaviyanın parçalanmasından törəmiş cırdan-cırdan ölkələri NATO-ya üzvü etdilər, amma nəhəng və potensialı olan Ukraynanı kənarda saxladılar. Guya Rusiyanın qəzəbindən qorumaq istəyirdilər? NATO üzvü etsəydilər, Rusiya ora qoşun yeritməyə cəsarət edə bilərdimi? Dünya müharibəsi olacaqdı? Onsuz da indi yenə o müharibənin astanasındayıq...

de0e81fe2f9df15f0f4cbe80547aed05.jpeg (304 KB)

Bunu çoxları bilir, amma dilə gətirə bilmirlər, çünki onlar da sosial şəbəklərdəki orta məktəbi də bitirməyən adamların “layk”larına, “ürək”lərindən asılıdırlar . Əl çəkin, “bu ruspərəstdir”, “bu türkpərəsdir”, “bu qərbpərəsdir” deyimlərindən. Düşündüyünüz kimi danışın, şərh yazan hansasa qotura görə havaya girməyin, yalan danışmayın. Bunu elə-belə dedim, mənim üçün şəxsən maraqsızdır ictimai rəyin Ukrayna müharibəsindəki mövqeyi. Necə ki, milyonlarla insanın taleyi əslində elə Putin qədər o Qərb dəllalarının da-Makronun da, Borellin də, Baydenin də vecinə deyil...
NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın hərbi məğlubiyyəti halında Alyansa üzvlüyünün perspektivləri haqqında suala cavabı da çox şey deyir. “Ukrayna Avropada müstəqil suveren demokratik dövlət kimi mövcud ola bilməsə, onun üzvlüyünü müzakirə edəcək heç bir mövzu ümumiyyətlə olmayacaq”.

İndi iş o yerə çatıb ki, NATO istisna etmir ki, Alyansın üzvü olan Polşa bir neçə könüllü ölkə ilə Ukraynaya qoşun göndərsin, həm də Qərbi Ukraynaya. Niyə məhz Polşa, niyə Qərbİ Ukrayna? Axı heç orada fəal döyüşlər getmir...Jirinovski deyəndə ki, Ukraynada müharibə salacaqlar, ölkəni parçalayacaqlar, bir az Rusiya, qərb tərəfini Polşa nəzarətinə keçirəcək, hamı ələ salırdı, gülürdü. İndi o varianta doğru gedirlər. Amma gülməli deyil...

Ukraynadan danışanda Gürsüstanı yada salmaqda mütləq fayda var. Gürcüstanın indiki hökumətində olanlar kim nə deyir-desin ağıllı adamlardır, vaxtında Qərbin yanlış fətvasında ayılmasaydılar, indi gürcülər Tiflis küçələrində bəlkə də Rusiya tanklarının lüləsinə gül düzürdülər, Makronla Şoltz isə ən yaxşı halda, Kremldə Putinlə çənə-boğaz edirdi ki, qoşununu çıxar, bir işdi olub... Eyni vədləri-NATO-ya və Avropa Birliyinə üzvlüyü Gürüstana da vermişdilər. Saakavşili neçə aydır türmədədir.O ölkələr ki, onu ortaya atmışdılar, indi heç idman nazirini də göndərmir ki, gedib Tiflis həbsxanasında Mişaya bir top hədiyyə etsin. Topdan söz düşmüşkən, siyasət bəli, şahmatdır, amma çalışıb o taxtada gərək heç vaxt piyada (peşka) olmayasan...

211216a-005_rdax_775x440p.jpg (104 KB)

Rusiya həmin vaxt çox güclü mövqeyə malik idi və Gürcüstanı da, o zamankı prezident Saakaşvilini də Qərb Putinin (o vaxt formal olaraq baş nazir idi) qəzəbindən zorla qurtardı. Həmişə o fikirdə olmuşam ki, Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı ölkə ilə müharibədə elə 5 gün davam gətirə bilər. O səbəbdən 2014-cü il Maydan hərəkatından sonra Ukraynanı Rusiya ilə müharibə üçün hazırlamağa başladı. Sabiq Almaniya kansleri Merkel də ötənlərdə etiraf etdi ki, Rusiya-Ukrayna arasındakı Minsk razılaşması Kiyevi genişmiqyaslı müharibəyə hazırlamaq üçün vaxt qazanmağa hesablanmışdı. Hər şeyi özləri deyirlər, daha gizli nə qaldı ki...

Gürcüstanın xanım prezidenti bugünlərdə deyib ki, Rusiya işğal olunmuş Gürcüstan torpaqlarından çəkilməlidir. Düz deyir. Amma bunu niyə indi yada saldığı təsadüf ola bilməz. Böyük ehtimalla Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarlarında mütləq düzəliş etmək məcburiyyətdə qalacaq, ən azı bunun yollarını axtaracaq. Abxaziyanı “tanınması” hələ heç nə demək deyil, heç bir beynəlxalq hüququ olmayan bir kağız parçasıdır. Gürcüstanın indiki hökuməti məncə anlayır ki, onların ərazi bötüvlüyünü Qərb “dimdiyində” gətirməyəcək. Rəsmi Tiflis ilin əvvəlində ölkənin birləşməsi(mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Baş nazir deyib ki, Abxaziyanın büdcəsi cəmi 200 milyon dollardır, tam dotasiya ilə dolanır. “Siyasətimiz sülhsevərdir, biz yaraları sağaltmaq istəyirik. Ölkəmizin birləşməsi halında biz Abxaziyaya ilk üç ildə təxminən 10 milyard dollar sərmayə qoya bilərik. Abxaziya ikinci Monakoya, Suxumi isə ikinci Monte Karloya çevirə bilərik" deyə, Gürcüstanın baş naziri söz verib. Yəni ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər. Bəlkə də Türkiyə də o danışıqlar masasındadır, ya da olacaq. Rusiyanın Türkiyəni qaz xabı projekti işləsə, Türkiyə regionda daha çox şeyi həll edəcək, buna Gürcüstanın ərazi məsələləri də daxildir.

regnum_picture_1568196637723410_normal.jpg (706 KB)

Moskva viza rejimini ləğv etməsi və birbaşa uçuşları bərpası hələ ilk addım kimi görünür. Qərbin reaksiyası isə gözlənilən kimi oldu, münasibətlərdəki yumşalmaya qarşı çıxdılar. Demək, düşmənçilik toxumu səpməkdə Qərb Rusiyadan geri qalmır. Rusiya nədirsə, Qərb də onun astaradır. Ya da tərsinə...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR