İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hamımız həmin qadınların dərd ortağıyıq”- Aygün Kazımova yeni layihəsindən danışdı

511 26.01.2021 13:03 Şou-biznes A A

 

Xalq artisti Aygün Kazımova “Bu qadın” adlı yeni klipini təqdim edib.

Musavat.com xəbər verir ki, bu gün 50 yaşını qeyd edən Xalq artisti bildirib ki, klipdə əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs edilir:

“Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm.

“Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq.
Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram”.

Qeyd edək ki, “Bu qadın” mahnısının sözləri və musiqisi Mc Murada məxsusdur. Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb.

18 saatdan artıq davam edən çəkiliş zamanı 30-dan çox insan çalışıb. İstanbulda ağır hava şəraitinə baxmayaraq, Kazımova klip çəkilişini dayandırmayıb. O, 8 saat qarın içində qalaraq, çəkilişləri davam etdirib.

Kazımovanın imici üzərində modelyer Rüfət İsmayıl çalışıb.

Könül
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR