İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır?

1392 28.03.2024 13:05 Siyasət A A

 Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib.

Prezidentin köməkçisi sosial şəbəkədə qeyd edib: “NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya “möhürlü” təbliğat materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”.

74ad8137242a52c0056008026e1dccec.jpg (75 KB)

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır?

Politoloq Murad Sadəddinov Musavat.com-a bildirib ki, Avropada müxtəlif beynəlxalq qurumlarda yüksək postlarda işləmiş bir sıra şəxslər vəzifədən gedəndən sonra vəzifədə olduqları zaman qazandıqları məşhurluqdan, statusdan pul qazanmaq üçün sui-istifadə edirlər. NATO-nun keçmiş baş katibi Rasmussen da belələrindəndir.

dfdbdb.jpg (111 KB)

Rasmussen NATO-nun baş katibi kimi çalışan zaman həmin vəzifə hesabına əldə elədiyi əlaqələri, statusu şəxsi maliyyə imkanlarını artırmaq üçün çirkin formada istifadə edir: “Bu cür adamlar lobbi şirkəti açaraq müxtəlif dövlətlərin, siyasi qüvvələrin maraqları üçün maliyyə qarşılığında fəaliyyət göstərirlər. Ermənistan və erməni diasporu Rasmussen kimi lobbi dəllalarının pula hərisliyini bildiyindən onlardan yararlanırlar. Rasmussenin Ermənistana son səfəri və Laçınla sərhədə gəlməsi də məhz ermənilərin pulunun hesabına idi. Rasmussenin Ermənistan hökumətindən maliyyə aldığı bəllidir. Bu cür şəxslər pul əldə etmək üçün nəinki vəzifədə olduqları zaman qazandıqları nüfuzu xərcləməyə, hətta mənəviyyatlarını satmağa hazırdırlar. Bunu öz çirkin fəaliyyətlərində sübut edirlər. Avropada bu cür iyrənc fəaliyyətlə məşğul olan siyasətçilər, parlamentarilər çoxdur. Erməni diasporunun maliyyəsindən pay qoparmaq üçün canfəşanlıq edirlər. Rasmussen də belələrindəndir. Odur ki, Hikmət Hacıyev həmin fikirləri faktlara əsaslanıb yazıb. Azərbaycan tərəfi faktsız danışmır. Anders Rasmussenin rəhbərlik etdiyi lobbi şirkəti Ermənistan dövlətindən maliyyə alıb. Özü də bu vəsait külli miqdarda olub. NATO baş katibi olmuş şəxs özünü erməni pulunun əsirinə çevirib”.   

xxxxx.jpg (93 KB)

Qeyd edək ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi keçmiş baş nazirlər, parlamentarilər və diplomatların daxil olduğu “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrup hesabat hazırlayıb. Sənəd Ermənistanla Avropa İttifaqı arasında münasibətlər, onların daha da gücləndirilməsinin zəruriliyi, Ermənistanın bu ittifaqa üzvlüyü məsələlərinə həsr olunub. Bundan başqa, hesabatda Cənubi Qafqazdakı vəziyyət və Ermənistana qarşı “təhdidlərin” olduğu araşdırılır, Ermənistana guya Azərbaycandan təhlükə olduğu və bu təhlükənin qarşısının alınması üçün Avropa İttifaqı tərəfindən addımların atılmasının vacibliyi bildirilir.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR