Hollivudda son illərin ən böyük media razılaşmalarından biri gündəmdədir – Warner Bros. ilə Paramount-un birləşməsi istiqamətində mühüm addım atılıb.
Musavat.com xəbər verir ki, şirkət səhmdarları təxminən 110 milyard dollarlıq sazişi təsdiqləsə də, yekun qərar hələ verilməyib. Razılaşma ABŞ və Avropa İttifaqının antiinhisar qurumları tərəfindən araşdırılır.
Saziş baş tutarsa, Hollivudun iki böyük oyunçusunun geniş film və serial kitabxanaları, eləcə də Paramount+ və HBO Max platformaları bir çətir altında birləşəcək.
Musavat.com






