İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Bakıda bütün xərclərini özü ödəyəcək

3021 15.08.2023 12:54 Texnologiya A A

“SpaceX” şirkətinin qurucusunun payız səfərinin önəmi nə?

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, X (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb.

Bu barədə Rəşad Nəbiyev X platformasında  paylaşım edib.

““Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Maskla görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq", - deyə, nazir qeyd edib.

Yada salaq ki, mayın 9-da Bakıda Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, “Azərkosmos” Kosmik Agentliyinin və amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov və Amerika Kosmik Tədqiqat Texnologiyaları Korporasiyasının (“SpaceX”) prezidenti və baş əməliyyat direktoru Qvin Şotvel arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədə əsasən, “Azərkosmos” və “SpaceX” arasında “Starlink” peyk genişzolaqlı internet xidmətlərinin Azərbaycanda təkrar satışına dair razılıq əldə olunub.

Artıq Azərbaycanda “Azərkosmos” tərəfindən uğurla sınaqdan keçirilmiş “Starlink” peyk internet xidmətlərindən dəniz, quru, dəmir yolu və digər nəqliyyat xətlərində, ölkənin ucqar rayonlarında yerləşən iş və informasiya mərkəzlərində  istifadə oluna bilər. Qeyd edək ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsindən istifadə edərək Yer kürəsinin hər nöqtəsini peyk interneti ilə təmin etməkdir. Şirkət 2018-ci ildə peykləri orbitə çıxarmağa başlayıb və indiyədək 4000-dən çox peyk buraxıb. ABŞ istehsalı olan bu kiçik peyklərin çəkisi 230-260 kq, xidmət müddəti 7 ildir. “Starlink” peyk şəbəkəsindəki peyklər Yer səthindən 540-570 km yüksəkliyə qalxır ki, bu da aşağı orbit hesab olunur.

Beləliklə, oktyabrda Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində İlon Maskın da iştirak edəcəyi gözlənilir.

Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov “Yeni Müsavat”a danışıb: “Cənab nazirin İlon Maskla görüşünün çoxəhatəli olduğunu düşünürəm. Yəni hesab edirəm ki, bu görüş təkcə "Starlink", Beynəlxalq Astronavtika Konqresi deyil, daha əhatəli mövzuları özündə ehtiva edib.  Burada əsas iki məsələ var. Məlum olduğu kimi, “Starlink” şirkəti bu il Azərbaycanda peyk sınaqlarının uğurla başa vurdu və sadəcə, qiymətləndirmə proseduru qalıb və ondan sonra bu ilin sonuna qədər alternativ buraxacaq. Çox güman və əminəm ki, həmin görüşdə Azərbaycan səmalarında, fəzasında neçə “Starlink” peyki olacaq deyə müzakirələr olunub. Həmçinin Beynəlxalq Astronavtika Konqresi ilə bağlı danışılıb".

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər

Elvin Abbasov qeyd edib ki, bu konqres  çox önəmlidir: “Faydalarından biri budur ki, dünyanın elm fazasının alimləri, ziyalıları Azərbaycanda olacaq. Bu konqres Azərbaycanda 50 il əvvəl də keçirilmişdi və bu konqres yaxın coğrafiyada heç bir ölkədə, o cümlədən nə Rusiyada, nə Gürcüstanda, Ermənistanda, nə də Qazaxıstanda, Qırğızıstanda keçirilməyib. Yəni 50 il əvvəl Azərbaycanda keçirilmişdi və indi də məhz yenə də "Heydər Əliyev İli"ndə Azərbaycanda keçiriləcək.

Bunun maddi çalarları da çox önəmlidir. Məsələn, məlum olduğu kimi, bu günə qədər olan tədbirlərdə adətən hər zaman Azərbaycan qonaqları qarşılayar,  onların hotel və digər xərclərini ödəyirdi. Amma bu konqresdə iştirak edəcək hər bir qonaq özü öz biletini alıb, hotel xərclərini ödəyəcək. Bura restoran və digər xərcləri də daxil olacağını nəzərə alanda deyə bilərik ki, ölkənin ekosisteminə böyük vəsait daxil olacaq. Yəni bu konqres həm maddi, həm də elmi baxımdan Azərbaycan  üçün çox faydalı bir tədbirdir. İkinci məsələ, İlon Maskın bu tədbirdə iştirak edib-etməməsi ilə bağlıdır. İlon Mask elə bir şəxsdir ki, onun bütün  addımları sürpriz olur. Hesab edirəm ki, bu konqresin Bakıda keçirilməsinə İlon Mask maraqlıdır. Çünki ötən il və bu il eşitmişdi İran səmalarında da “Starlink” peykləri var, görünüb. İlon Mask məhz Azərbaycanda “Starlink” müqaviləsini təşviq edir, buraxır və onun üçün də bu konqresdə şəxsən iştirak edəcək. Böyük şirkətlər rəhbərinin, dünyaca məşhur bir insanın Azərbaycana gəlişi bizim ölkəmiz üçün çox önəmlidir, prestijlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR