İnsanlara hürriyət, millətlərə istiqlal!

“İphone 15”in təqdimat və satış tarixləri bilindi

2186 12.09.2023 17:18 Texnologiya A A

“Apple” yeni İphone 15 cihazlarını təqdim etməyə hazırlaşır.

Şirkət 12 sentyabr çərşənbə axşamı saat 20:00-da yeni cihazlarını təqdim edəcəyi "Wonderlust" tədbirini keçirəcək.

Lansmanı “Apple”ın rəsmi saytında canlı izləmək olar.

Məlumata görə, smartfonların ön satışı sentyabrın 15-i cümə günü, satışa çıxarılma tarixi isə bir həftə sonra, sentyabrın 22-də həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, “iPhone 15” və “15 Pro” üçün 6,1 düymlük, “iPhone 15 Plus” və “iPhone 15 Pro Max” (və ya "Ultra") üçün 6,7 düymlük ekran ölçüləri ilə heç bir dəyişiklik gözlənilmir.

“iPhone 15 Pro” və “Pro Max”ın titan korpusla debüt edəcəyi gözlənilir.

Həmçinin “iPhone 15 Pro” seriyasında “Apple Watch Ultra” kimi “Fəaliyyət Düyməsi” də ola bilər.

Bundan başqa, “Apple”ın Avropa Birliyi qanunlarına görə bütün yeni cihazlarını “USB-C”yə çevirməsi gözlənilir./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR