PENSİYALARIN HESABLANMASI QAYDALARI AÇIQLANDI
«Yeni qaydaya əsasən, sığortaolunanların (pensiya təyin edilməmiş şəxslərin) 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutulur. Göstərilən yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 01 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verəcəkdir ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq».
Fonddan bildirilir ki, 2006-cı ilədək olan dövrdəki ən yüksək orta aylıq əməkhaqqı (2004-2005-ci illər) götürülüb və bütün fəaliyyət dövrünə şamil edilib. Açıqlamada qeyd olunur ki, yeni qaydanın tətbiqi nəticəsində 2010-cu ildən sonra minimum məbləğlə pensiya təyinatı aradan qaldırılacaq: «Bu qaydaya görə, pensiyaya çıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stajının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alınan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq. Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək. Burada 170 manat "Əmək pensiyaları haqqında" Qanunun qəbul olunduğu 2006-cı ilə qədər olan ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği (pensiya kapitalı), 144 isə gözlənilən pensiya ödənişi müddətidir (12 il, yəni 144 ay). Bu hesabla 2006-cı ilə qədər 12 il iş stajı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək. Məsələn, 2010-cu ildə pensiyaya cıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablasaq, bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə gəlinir 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni- 8,3 faiz, 16,7 faiz, 20,8 faiz. Alınan 9434 manat 144-ə bölünür. Alınır 65 manat. Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürülməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sığorta hissəsini də hesablasaq, bu, 20 manat edir. Beləliklə, cəmi sığorta hissəsi 65+20 =85 manat edir. Üzərinə gəlinir pensiyanın baza hissəsi, yəni 75 manat. Cəmi edir 160 manat. Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək stajlarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8%-i minimum məbləğdə (yəni 75 manat) təyin olunmuşdur".