İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Kiprdəki Britaniya bazalarına raket atdı – London narahatdır VİDEO

735 02.03.2026 00:38 Dünya A A

İranın Kiprdə yerləşən Britaniya hərbi bazalarına iki raket atdığı barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri John Healey mediaya açıqlamasında bildirib.

Nazir qeyd edib: “Biz inanmaq istərdik ki, onlar (raketlər) bizim bazalarımıza yönəlməyib”.

Bununla belə, Hili əlavə edib ki, son hadisələr İranın “ayrı-seçkilik etmədən” cavab verdiyini göstərir.

Məlumata görə, söhbət Kiprdə yerləşən Böyük Britaniyaya məxsus hərbi obyektlərdən gedir. Qeyd edək ki, Böyük Britaniyanın Kiprdə iki əsas hərbi bazası – RAF Akrotiri və Dhekelia mövcuddur. 

Bundan əlavə, nazir bildirib ki, Bəhreyndə zərbə hədəflərinin yaxınlığında təxminən 300 Britaniya hərbçisi yerləşdirilib. Həmin ölkədə Böyük Britaniyanın dəniz qüvvələrinin əsas obyektlərindən biri fəaliyyət göstərir.

Qeyd edək ki, İran bu gün müttəfiqi olan Oman ərazisində yerləşən Dukum limanına da zərbə endirib. Liman Fars körfəzi regionunda strateji əhəmiyyətə malik obyekt hesab olunur.

Hadisələrlə bağlı rəsmi Tehran tərəfindən hələlik geniş açıqlama verilməyib. Regionda gərginlik artmaqda davam edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR