“TV Müsavat” kanalında Emil Salamoğlunun təqdimatında yayımlanan verilişin qonağı hərbi ekspert Azad İsazadə olub.
Musavat.com xəbər verir ki, veriliş zamanı Azad İsazadə beynəlxalq siyasi proseslər, bölgədə güc balansının dəyişməsi və İranda baş verən hadisələrin mümkün nəticələri barədə fikirlərini bölüşüb. Ekspert bildirib ki, regionda gedən proseslər təkcə İranın daxili gündəmi ilə məhdudlaşmır, eyni zamanda böyük dövlətlərin maraqlarının toqquşduğu yeni mərhələyə keçidi də göstərir.
Azad İsazadə çıxışında İranda cərəyan edən olayların beynəlxalq reaksiyalara səbəb olduğunu, bunun təhlükəsizlik və geosiyasi xəritəyə təsir göstərə biləcəyini vurğulayıb. O, mövcud vəziyyətin hansı ssenarilərlə inkişaf edə biləcəyini, xüsusən də qonşu ölkələr üçün doğura biləcəyi risk və imkanları şərh edib.
Daha ətraflı — videoda






