İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda son aylarda 100-ə yaxın jurnalist və media fəalı cinayət məsuliyyətinə cəlb edilib - FOTO

388 03.04.2024 15:40 Region A A

İranda son üç ayda ən azı 91 jurnalist, media fəalı və media qurumu məhkəmə və təhlükəsizlik qüvvələrinin təqiblərinə məruz qalıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı ifadə azadlığı sahəsində fəaliyyət göstərən Azad İnformasiya Axınını Müdafiə Təşkilatının məlumatına istinadən  xəbər yayıb.

Məlumata görə, sözügedən təşkilat İranda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, jurnalistlərin hüquqlarının pozulması ilə bağlı analitik-statistik hesabat hazırlayıb.

Hesabatda yalnız ötən ay 12 jurnalistin həbs edildiyi, doqquz müxbirin isə təhlükəsizlik orqanlarına çağırıldığı vurğulanıb.

Qeyd olunub ki, bir sıra media qurumunda çalışan 24 jurnalist və media rəhbəri, o cümlədən yeddi qadın və 17 kişi jurnalistə 14 il 7 ay həbs, 99 milyon tümən (2 min 365 dollar) cərimə, iki il sürgün, dörd il jurnalistika fəaliyyətindən uzaqlaşdırılma, dörd il sosial mediada fəaliyyətinə və iki il ölkədən çıxışlarına qadağa qoyulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR