İranın keçmiş xarici işlər naziri Kamal Xərrazinin qardaşı oğlu və Fransadakı keçmiş səfir Sadiq Xərrazi əmisinin ölümü ilə bağlı rəsmi versiyadan fərqli iddia irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
İranın dövlət televiziyasına danışan Sadiq Xərrazi bildirib ki, Kamal Xərrazi aldığı yaralardan deyil, “inhalyasiya yolu ilə zəhərlənmə” nəticəsində vəfat edib.
Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətlərindən alınan məlumata əsasən, Xərrazinin müalicə olunduğu xəstəxanaya sızma baş verib və o, bu yolla öldürülüb.
Sadiq Xərrazi ailənin hadisə ilə bağlı hələ də cavab gözləyən çoxsaylı suallarının olduğunu və məsələnin araşdırılmalı olduğunu vurğulayıb.
İran hakimiyyəti isə daha əvvəl ABŞ və İsrailin Tehrana hücumları zamanı yaralanan Kamal Xərrazinin aldığı xəsarətlərdən həyatını itirdiyini açıqlayıb. Həmin hücumlarda onun həyat yoldaşının da öldüyü bildirilib.
Musavat.com






