İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda “Yaşıl Zona” alovlanır: ABŞ diplomatik missiyası ciddi təhlükə qarşısında - Kütlə hücuma hazırlaşır - VİDEO

952 02.03.2026 00:34 Dünya A A

Bağdadda vəziyyət sürətlə gərginləşir, etirazçılar paytaxtın ən qorunan ərazisinə doğru hərəkət edir.

Musavat.com xəbər verir ki, İrana dəstək məqsədilə səhər saatlarından başlayan aksiyalar axşam saatlarında daha kəskin mərhələyə keçib. Yüzlərlə etirazçı diplomatik nümayəndəliklərin və hökumət binalarının yerləşdiyi “Yaşıl Zona”ya doğru irəliləyərək ABŞ səfirliyinə yaxınlaşmağa cəhd edib.

Məlumata görə, təhlükəsizlik qüvvələri səfirlik ətrafında gücləndirilmiş rejimə keçib, əraziyə əlavə polis və hərbi kontingent cəlb olunub. Barrikadalar qurulub, giriş-çıxışlar məhdudlaşdırılıb. Bəzi qrupların təhlükəsizlik kordonunu yarmağa çalışdığı bildirilir.

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR