İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Böyük Britaniyaya hərbi attaşe təyin etməkdə məqsədi odur ki... Politoloq AÇIQLADI

575 12.04.2024 19:26 Region A A

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə olaraq Böyük Britaniyaya hərbi attaşe təyin etməklə bağlı qərar qəbul edib.

“Böyük Britaniyada Ermənistanın hərbi attaşesinin olması zərurəti iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olması və Londonun son vaxtlar əməkdaşlığın dərinləşməsinə göstərdiyi böyük maraqla bağlıdır”, - deyə Ermənistan hökumətinin yaydığı məlumatda qeyd olunub.

Bəs Ermənistanın Böyük Britaniyadakı səfirliyinə hərbi attaşe təyin etməklə nəyə nail olmağa çalışır?

"Bu o deməkdir ki, İrəvan bu ölkənin də hərbi texnikasına maraq göstərir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın tərəfdaşları ilə təmasları genişləndirib:

elxansahinoglu (2).jpg (43 KB)

"Ermənistan rəsmilərinin tez-tez Londona səfərlərini bu siyasətin tərkib hissəsi kimi qeyd etmək olar. Azərbaycan müstəqilliyini qazandıqdan bu yana Böyük Britaniya ilə tərəfdaşlıq münasibətləri qurub, London digər Qərb paytaxtları kimi Azərbaycanı narahar edən siyasət aparmayıb. Bakıda bunu müsbət qiymətləndirirlər. Ancaq Londonun əbədi müttəfiqləri yoxdur, əbədi maraqları var. London da bu maraqları çərçivəsində Rusiyadan siyasi və hərbi asılılığını azaltmağa çalışan Ermənistanın hazırki hökumətiylə əməkdaşlığa maraq göstərir. Baş nazir Nikol Paşinyan bu maraqdan faydalanmağa çalışır. Ermənistan hardan mümkündürsə silah və hərbi texnika almağa çalışır".

Politoloqun fikrincə, London Ermənistanla hərbi əməkdaşlıq edərkən Azərbaycanın maraqlarını nəzərə alacaq:

"Buna baxmayaraq, İrəvan Fransa, İran və Hindistanla yanaşı Böyük Britanyadan da nəsə almağa çalışacaq, bu alınmadıqda Böyük Britaniya hərbçilərinin Ermənistan ərazisində birgə hərbi təlimlərə cəlb etməyə çalışacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR