İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğalın viran qoyduğu ekologiyamız...

3293 13.05.2022 09:30 KİVDF layihələri A A

Ermənistan bu terrora görə də məhkəmə qarşısında cavab verəcək

Dünyanın təxminən 6 faizini hərbi bazalar, obyektlər əhatə edir. Bu obyektlərin istifadə etdiyi kimyəvi dərman və silahlar təbii həyatla yanaşı, istifadə etdiyi yüksək enerji, hərbi nəqliyyat vasitələri ilə ekologiyaya da zərər verir.

Hərbi texnika, partlayıcı maddələr və silahlar da meşələrin qırılmasına və yaşayış sahələrinin məhv edilməsinə səbəb olur. Məsələn, Vyetnam müharibəsində  bombardmanlar nəticəsində 2 milyon hektar ərazi məhv edilib. Kambocada vətəndaş müharibəsi nəticəsində meşələrin 35%-i məhv edilib. Atom bombasının yaratdığı radiasiya insanlarda və heyvanlarda genetik mutasiyaya səbəb olub.

Öncə bu silahların nəyə, necə təsir göstərməsi ilə bağlı detallara diqqət edək. Bioloji, kimyəvi və nüvə silahlarının sınanması, istifadəsi və daşınması təbiətə ciddi dağıdıcı təsir göstərir. Bu silahlar torpaq və su üzərində qalıcı təsirlər qoyaraq gələcək nəsillərin sağlamlığına birbaşa təsir göstərir.

Yaşayış mühitinin məhv edilməsi  - bu, yaşayış sahələrinin kimyəvi, bioloji və nüvə silahlarının istifadəsi ilə məhv edilməsidir. Bunun ən tanınmış nümunəsi, Vyetnam müharibəsi zamanı “Agent Orange” adlı herbisidin istifadəsidir. ABŞ bu herbisidləri partizan əsgərləri gizlədən bataqlıqlara və meşələrə püskürürdü. Bu zaman istifadə edilən 20 milyon galon herbisid 4,5 milyon hektar kənd ərazisini məhv edib. Herbisid insanlarda və məməlilərdə əzələ və sümük xəstəlikləri və anadangəlmə anomaliyalar kimi təsirlər göstərir.

Bundan başqa, müharibə insanların kütləviləşməsinə, yeni yaşayış yerlərinin axtarılmasına səbəb olur ki, bu axtarış nəticəsində ekoloji fəlakətlər baş verir. İnsanlar yeni yerlərə yerləşməli olduqda, meşələrin qırılması, nəzarətsiz ov, torpaq və suyun insan tullantıları ilə çirklənməsi kimi ekoloji problemlər meydana gəlir.

Müharibədə ekoloji terror - addım-addım baş verir

Ekoloji terror - konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

Təəssüf ki, biz bu baxımdan bir sıra ölkələr tərəfindən beynəlxalq hüquqa əməl edilmədiyinin şahidi oluruq. Bunu Ermənistanın timsalında da əyani olaraq görmək mümkündür. Təkcə ekoloji yox, terrorun bütün növləri bəşəriyyət üçün çox təhlükəlidir. Xüsusilə, ekoloji terrorizm bütün planetimiz üçün böyük fəlakətlər gətirir. Yaşıllıqların məhv edilməsi, suların çirkləndirilməsi, flora və faunanın məhv edilməsi - bütün canlılar üçün nə qədər ağır nəticələrə gətirib çıxarır. Ona görə də ekoloji terrorizm bütün Yer kürəsi üçün böyük təhlükədir.

Ekoloji terrorun fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür  Xalqqazeti.com

Ermənistan 30 il ekologiyamızı hansı hala gətirib?

Ekspertlərin bildirdiyinə görə, Ermənistan 30 il ərzində Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. İşğal altında olmuş ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bütövlükdə, Ermənistan tərəfindən regionun ekoloji durumuna böyük zərər vurulub. Təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə çatan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib. 44 gün davam edən Vətən müharibəsi zamanı da Ermənistan döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etdi. Mənfur qonşularımızın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutması nəticəsində xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərinə, o cümlədən Ağgöl və Göygöl milli parklarına genişmiqyaslı yanğınlara səbəb olan bir neçə raket mərmisi düşdü. Ermənistanın ekoloji terrorunun davamı olaraq qiymətli Şuşa meşələrində zəhərli, söndürülməsi mümkün olmayan və qadağan edilmiş ağ fosfor tərkibli silahlardan istifadə olunmaqla yanğınlar törədildi. Ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən də terrorçu, vandal simalarını göstərərək evləri yandırdılar, meşələri məhv etdilər, heyvanları öldürdülər.

ETSN:

Ermənistanın ekoloji terrorunda Qərb də iştirak edib - necə?

Ermənistan tərəfindən təbiətə qarşı törədilən həmin ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Yəni bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Bütövlükdə, həmin ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalı, Ermənistan tərəfindən törədilən belə ağır ekoloji cinayətlərə müvafiq beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir.

Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Qızıl yataqlarının, dağ-mədən sənayesinin işlənməsində xarici şirkətlər iştirak ediblər. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər gedir.

Su çirklənməsi: nədir, səbəbləri və nəticələri | Yaşıl Bərpa Olunanlar

Su mənbələri bu formada çirkləndirilib

Bu ekoloji terrorun ən təhlükəli məqamlardan biri də su mənbələrinin çirkləndirilməsidir. Belə ki, radioaktiv tullantılar çaylara axıdılır. Bunu Oxçuçayın nümunəsində də görmək olar. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Həmin sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Bununla əlaqədar cəmiyyətimizin müxtəlif təbəqələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, o cümlədən media təşkilatları problemlə bağlı beynəlxalq qurumlara müraciət edib. Azərbaycan bundan sonra bu istiqamətdə işlərini sistemli şəkildə davam etdirəcək . Ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatları, ictimaiyyəti uzun müddət davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə əməli iş görməyə, Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji terroru qınamağa və pisləməyə çağırırıq.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR