İnsanlara hürriyət, millətlərə istiqlal!

İşıqfor işləməsə, bu nömrəyə zəng edin

495 18.04.2024 19:00 Gündəm A A

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) vətəndaşlara müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə deyilir:

“Xatırlatmaq istəyirik ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan svetoforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzərət edilir. Svetoforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilir.

Lakin bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR