İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam İnkişaf Bankı Türkiyəyə böyük məbləğdə kredit ayırır

856 29.04.2024 14:57 İqtisadiyyat A A

İslam İnkişaf Bankı 2024-2026-cı illərdə Türkiyəyə 6,3 milyard dollar məbləğində kredit ayıracaq.

Musavat.com xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Məlumatdan aydın olur ki, kredit təhsil, nəqliyyat, kənd təsərrüfatı, sənaye və enerji sahələrində layihələrin dəstəklənməsi üçün ayrılacaq.

Bundan əvvəl Dünya Bankının (DB) investisiya layihələri üçün Türkiyəyə əlavə 18 milyard dollar ayırdığı bildirilirdi. Ümumilikdə Türkiyə 5 il ərzində ortamüddətli inkişaf proqramının həyata keçirilməsi üçün Dünya Bankı vasitəsilə 35 milyard dollar alacaq.

Türkiyənin Dünya Bankı ilə danışıqları martın 31-də keçirilən yerli seçkilərdən qısa müddət sonra məlum olub və bu ərəfədə müxalifət Ankaranın Beynəlxalq Valyuta Fondu (BVF) ilə kredit müqaviləsi bağladığını iddia edib.

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi bu cür iddiaları təkzib edərək, hakimiyyətin BVF-dən kredit götürmək fikrində olmadığını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Ankara 2013-cü ildə BVF-yə olan borclarını ödəyib və artıq onunla kredit sazişləri imzalamaq niyyətində deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR