İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail pilotu baş nazir Netanyahunu ölümlə hədələdi

1008 05.02.2023 23:44 Dünya A A

 

İsrailin baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı ciddi təhdidlər aldıqlarını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsrailin  JNS portalı məlumat yayıb.

“Belə görünür ki, seçilmiş vəzifəli şəxslərə və şəxsə mənə qarşı yönəlik təhdidlər bütün hüdudları aşıb. İndi biz İsrailin baş nazirinin aşkar surətdə ölümlə hədələndiyini görürük”, - deyə Netanyahu açıqlamasında bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Zeyev Raz bu günlərdə Benyamin Netanyahunun ünvanına təhdid dolu statuslar paylaşıb.

"Baş nazir diktatura qurmaq istəsə,  öldü deməkdir, məsələ bu qədər sadədir.... Belələrini öldürmək lazımdır",-deyə  sabiq hərbçi “Facebook”da yazıb.

Qeyd edək ki, Zeyer Raz 1981-ci ildə, hələ Səddam Hüseynin dövründə İraqda nüvə reaktorunu bombalayan döyüş təyyarələrindən birini idarə edənlərdən olub.

 Keçmiş pilot uzun müddətdir Netanyahu əleyhinə təbliğat aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR