İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən olan fotoqraf Dubayda edam edilə bilər: Qalmaqal böyüyür...

10482 08.05.2022 19:39 Qalmaqal A A


Ötən il Dubayda İsraildən olan fotoqrafçı qadının evindən narkotik maddə tapılması xəbəri bütün dünyada gündəm olmuşdu. Bəzi mənbələrdə 38, bəzisində isə 43 yaşında olduğu qeyd edilən Fada Keyvan adlı qadının günlər sonra, may ayının sonunda edam olunacağı gözlənilir. Dubay məhkəməsi narkotik qaçaqmalçılığı və üzərində bu narkotik gəzdirmə maddəsi ilə  bu ilin 30 martında Keyvanın barəsində edam cəzası verib.

Xatırladaq ki, bu cür edam cəzası Birləşmiş Ərəb Əmirliyində sonuncu dəfə 2014-cü ildə həyata keçirilib.

Məlumata görə İsrail xarici işlər nazirliyi məsələ ilə bağlı xəbərdar olduqlarını, BƏƏ-də səfir və konsulluğun tədbirlər görməyə çalışdığını bildirib.

Xatırladaq ki, bu cür hadisə 2019-cu ildə də baş vermişdi. İsrail və Amerika vətəndaşlığı olan Nəima Yəsxar adlı qadın Rusiyada narkotik saxlamaq və daşımaq ittihamı ilə edam cəzasına məhkum edilmişdi. Həmin vaxtlar İsrailin oz amankı Baş naziri Binyamin Netanyahu hərəkətə keçdi və nəticədə qadın sərbəst buraxıldı.

Fada Keyvanın vəkili Tel-Əviv rəsmilərini və iranidilli medianı Nəima Yasxar üçün etdikləri kimi, müvəkkili üçün də etməyə çağırıb. Keyvanın valideynləri onun döyüldükdən sonra cinayəti boynuna götürdüyünü iddia edir.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR