İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiqlalçı deputat Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATI  

1341 26.04.2023 17:00 Siyasət A A



Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.


Bu barədə Musavat.com-a daxil Vahid Azərbaycan Milli Birlik Partiyasının bəyanatında məlumat verilir.


Həmin bəyanatı olduğu kimi təqdim edirik: 

“Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) 1992-ci il noyabrın 28-də keçirilmiş qurultayı ilə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünü siyasi müstəvidə müdafiə etmək məqsədilə təsis olunub, 1993-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Təsis edildiyi 1992-ci ildən hal-hazıradək Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) xalqımızın milli birliyini qorumaq və ölkəmizdə separatçılıq meyllərinin qarşısını almaq sahəsində məqsədyönlü fəaliyyət göstərib.

VAMBP fəaliyyət göstərdiyi uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ümummilli və dövlət əhəmiyyətli sənədlər paketi hazırlayıb respublika rəhbərliyinə, beynəlxalq təşkilatlara, siyasi və ictimai qurumlara təqdim edib, dəfələrlə ermənipərəst mövqedən çıxış edən xarici dairələrin Qarabağ problemi ilə bağlı saxta və qərəzli təkliflərinin təslimçi mahiyyətini ifşa edib.

İkinci Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə olunub. Bunun nəticəsində Azərbaycan xalqı bu gün öz tarixinin ən möhtəşəm və qürurlu səhifəsini yaşayır. Prezident Ilham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti VAMBP hər zaman dəstəkləyib, verdiyi bəyanatlarda xalqı ölkə rəhbərinin ətrafında sıx birləşməyə çağırıb.

Ölkəmizin Qələbəsi nəticəsində bütün regionda yeni geosiyasi reallıq formalaşıb.

Hesab edirik ki, tarixin bu mərhələsində ölkəmizin və cəmiyyətimizin inkişafı naminə bütün siyasi və intellektual potensialın səfərbər olması zəruri vəzifəyə çevrilib.

Ölkəmizdə ictimai-siyasi proseslər sürətlə inkişaf etməkdədir. Bir çox yeni siyasi və İctimai təşkilatlar meydana çıxıb, eyni zamanda bəzi təşkilatların öz fəaliyyətini dayandırmağa zəmin yaranıb. Bütün bunları nəzərə alaraq Vahid Azərbaycan Milli Birlik partiyası siyasi təsisat kimi fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR