İnsanlara hürriyət, millətlərə istiqlal!

İstirahətə gələn turistlər faciə yaşadı: Qardaşının cansız bədənini qucaqlayıb hönkür-hönkür ağladı - VİDEO

1837 02.10.2022 05:41 Hadisə A A

Antalyada bacısı və onun həyat yoldaşı ilə gəldiyi Konyaaltı çimərliyində dənizə girən 25 yaşlı gənc boğularaq ölüb.

Musavat.com xəbər verir ki, gəncin cəsədi sahilə çıxarıldıqdan sonra hönkür-hönkür ağlayan bacısı hər kəsi duyğulandırıb.

Qazaxıstanlı turist Turekul Alisher günorta saatlarında dənizə girib. Bir neçə saat sonra dənizdən çıxmayan gənci tapa bilməyən bacısı, qardaşının qaldığı otelə getdiyini düşünüb və axtarışa başlayıb. Bacısı həyat yoldaşı ilə birlikdə axtarışlara başlasa da qardaşını tapa bilməyib. Onlar daha sonra vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib.

Xəbərdarlıqdan sonra gəncin dənizə girdiyi əraziyə Dəniz polisi, Sahil Mühafizəsi və təcili yardım da sövq edilib. 25 yaşlı gənc 3 saatlıq axtarışın ardından dənizin təxminən 5 metr dibində cansız vəziyyətdə tapılıb. Onun cəsədi dalğıclar tərəfindən sahilə çıxarılıb.

Musavat.com

Mənbə: https: www.haberler.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR