İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə bu il Ukraynaya 160 milyon dollardan çox vəsait ayıracaq

228 02.05.2024 16:06 Dünya A A

İsveçrə 2024-cü ildə Ukraynaya humanitar yardım üçün 150 milyon frank (təxminən 164 milyon dollar) ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Xarici İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

“2024-cü ildə humanitar yardım və Ukraynanın, regionun inkişafı üçün əməkdaşlığa 150 milyon İsveçrə frankı ayrılacaq”, - məlumatda bildirilib.

Bundan əlavə, 2025-2028-ci illər üçün beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində İsveçrə Federal Şurası bu müddət ərzində Ukraynaya 1,5 milyard frank (1,64 milyard dollar) dəyərində əlavə yardım göstərməyi planlaşdırır.

“İsveçrə Ukraynanın dəstəklənməsinə və bərpasına öz mühüm töhfəsini vermək niyyətindədir", - məlumatda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR