İnsanlara hürriyət, millətlərə istiqlal!

İt əti yemək qadağan edilir, minlərlə it yoxa çıxdı

1254 29.06.2026 21:25 Dünya A A

Cənubi Koreyada 2027-ci ildən qüvvəyə minəcək it əti qadağası ərəfəsində minlərlə itin aqibəti ilə bağlı narahatlıq artır.

Musavat.com xəbər verir ki, Cənubi Koreyada 2024-cü ildə qəbul edilən və 2027-ci ildə qüvvəyə minəcək it əti qadağası öncəsi bu sahə sürətlə ləğv edilir. Lakin bu proses zamanı minlərlə itin taleyinin naməlum qaldığı bildirilir.

Rəsmi məlumatlara görə, indiyədək cəmi 653 it sahibləndirilib. Qalan heyvanların böyük əksəriyyətinin isə öldürüldüyü ehtimal olunur.

Qeyd edilir ki, Cənubi Koreyada xüsusilə gənc nəsil arasında it ətinin istehlakı son illərdə kəskin azalıb. Məhz bu dəyişiklik qanunun qəbul edilməsində əsas amillərdən biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR