İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyalı deputat ətir oğurlamaqda şübhəli bilinir - FOTO

378 02.05.2024 15:20 Dünya A A

İtaliya parlamentinin üzvü Romanın "Fyumiçino" hava limanında "Duty free"dən ətir oğurlamaqda şübhəli bilinir.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, o, aprelin 15-də mağazadan cibində ətirlə çıxarkən saxlanılıb. Satıcının dediyinə görə, kişi hələ 2023-cü ilin dekabrında çamadanında eyni firmanın ətirini gizlətməyə çalışsa da, bu, satıcının diqqətini çəkdikdən sonra deputat ödəniş etməli olub. O, həmçinin 2024-cü ilin martında da cibində ətir keçirib.

Hadisə müşahidə kameralarına düşüb. Ətirin qiyməti təxminən 100 avrodur.

Fassino özü bunu anlaşılmazlıq adlandırıb və diqqətinin yayındığını bildirib.

Xatırladaq ki, 2000-ci illərdə o, Xarici Ticarət və Ədliyyə Naziri vəzifəsində çalışıb, 2011-2016-cı illərdə isə Turin meri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR