İnsanlara hürriyət, millətlərə istiqlal!

“IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçiriləcək

713 06.01.2023 12:14 Mədəniyyət A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Real FM-in (Real Təhlil İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107 dalğasında yayımlanan AzerNyuMeda Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının “IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Musavat.com xəbər verir ki, təqdimat mərasimi yanvar ayının 28-də baş tutacaq.

Qeyd edək ki, mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino Radio Kanalının soğruları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir. Mükafat Azərbaycanıb çoxprofilli şirkəti olan “Azman Holding”dir.  Şirkət əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşıb.

“Azman Holding” ölkəmizdə idmanın təbliği və populyarlaşdırılması sahəsinə də öz sanballı töhfəsini verir. Holdinq çoxsaylı sosial-mədəni layihələri, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarını, gənclərin müxtəlif təşəbbüslərini dəstəkləyir, Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir. Cinema Radio Kino Radio Kanalının IV Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi də şirkətin dəstək göstərdiyi layihələrdən biridir.

Qeyd edək ki, mükafat 2019-cu ildən bəri təqdim olunur. Mükafat 2019-cu ildə rejissor, aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR