İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov oğlu ilə birlikdə BƏƏ prezidentini qarşıladı – Putinlə görüş başladı

1359 07.08.2025 14:49 Siyasət A A

Çeçenistanın başçısı Ramzan Kadırov oğlu ilə birgə Rusiyaya rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanı qarşılayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan BƏƏ lideri ilə Kremldə danışıqlara başlayıb.

Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib ki, müzakirə mövzusu iki ölkə arasında əməkdaşlığın inkişafı və Yaxın Şərqdəki vəziyyət olacaq.

Əbu-Dabi də öz növbəsində iki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri və onun gücləndirilməsi yollarının, xüsusən də birgə inkişafa töhfə verən iqtisadi, ticarət, investisiya, enerji və digər sahələrdə müzakirə edildiyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR