İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırova qarşı sui-qəsd-5 günlük matəm... 

24998 09.05.2024 12:49 Siyasət A A

20 il əvvəl- 9 may paradında Çeçenistanın o vaxtkı prezidentinə terror aktını kimlər planlaşdırmış, kimlər icra etmişdi?  

 

9 may 2004-cü il, Qroznı, Çeçenistan Respublikasının paytaxtı. “Dinamo” mərkəzi şəhər stadionunda İkinci Dünya müharibəsində qələbənin 59-cu ildönümünə həsr olunmuş parad keçirilir. Mərkəzi tribunada prezident Axmat Kadırovun başçılıq etdiyi Çeçenistan rəhbərliyi, həmçinin federal qoşunların komandanlığının nümayəndələri dayanıb.

Stadionda Kadırov bir neçə mühafizəçi tərəfindən mühasirəyə alınıb: prezidentin təhlükəsizlik xidmətinin əməkdaşlarının əksəriyyəti dağlara- Aslan Məshədovun adamları ilə döyüşməyə gediblər. 

20 il əvvəl.jpg (76 KB)

Parad başa çatır və Çeçenistanın xalq artisti Tamara Dadaşeva səhnəyə çıxır. Axmat Kadırovun Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 46-cı Briqadasının əsgərlərinin mükafatlandırma mərasimi olmalıdır, lakin o, qalmaq və sevimli müğənnisini dinləmək qərarına gəlir.

Bu vaxt Axmat Kadırovun dayandığı yerdə partlayış baş verir. Partlayış dalğası Tamara Dadaşevanı  50 metr kənara atır. O, çoxsaylı sınıqlar alır, lakin sağ qalır. Çeçenistan rəhbəri isə başından ağır yara alır və o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir.

20 il əvvəl baş vermiş terror aktının qurbanı  Kadırovdan başqa, daha 6 nəfər olub, onların arasında  Çeçenistan Dövlət Şurasının sədri, respublika Daxili İşlər Nazirliyinin rəisi və Çeçenistanın hərbi komendantı Qriqori Fomenko da vardı.  Hadisə nəticəsində 80 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

owl_pic_620_792fc84849ca75792362b986fcc00885.jpg (73 KB)

 “Dinamo” stadionunda baş verən terror aktından bir neçə dəqiqə sonra xüsusi əməliyyat başlansa da, “isti izlər”də terrorda şübhəli bilinən şəxsləri tapmaq mümkün olmayıb. İstintaqın gedişinə nəzarət etmək üçün Rusiya baş prokurorun müavini Sergey Fridinski Moskvadan Qroznıya gəlib. İlkin rəydə bildirilirdi ki, terror aktının səbəblərindən biri  Axmat  Kadırovun mühafizəçilərinin qeyri-peşəkarlığı olub.

Axmat Kadırovun oğlu Ramzan isə terakt baş verəndə  Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün bir neçə günlüyə Moskvaya getmişdi. Lakin planlar gözlənilmədən dəyişdi: oğlunu paytaxtda qoyan Ramzan Kadırov təcili Qroznıya  qayıdır.

İlkin olaraq istintaq 2004-cü il mayın 9-da “Dinamo” stadionundakı partlayıcı qurğunun canlı kamikadzelər tərəfindən işə salındığını istisna etməsə də, partlayış yerini hərtərəfli yoxlayandan sonra ekspertlər bu versiyanı təkzib ediblər. Məlum olub ki, bomba özüyeriyən artilleriya qurğuları üçün 152 mm-lik mərmi əsasında hazırlanıb və tadionun mərkəzi tribunasının altındakı beton dayağa əvvəldə quraşdırılıb.

Bomba beton dayaqda gizlədildiyindən kinoloqlar və xidməti itlər tribunalara baxış keçirərkən onu tapmayıblar. Müstəntiqlər güman edirdilər ki, terror aktı üçün  partlayıcı  1 il əvvəl stadionda əsaslı yenidənqurma işləri zamanı quraşdırıla bilərdi.  Məhz  yenidənqurma işləri zamanı terrorçular  bombaya 30-40 metr uzunluğunda naqillər çəkiblər,  parlayıcıya aparan məftillərin üstünə təzə sement və gipslə örtülüb. 

Çeçenistan prezidenti Axmat Kadırovun  çox güclü və məkrli düşmənləri var idi. Xüsusilə vəhhabilər və onların arxasında dayanan “Əl-Qaidə”.  Şamil Basayev teraktdan bir ay sonra  Kadırovun qatillərinə 50 min dollar ödənildiyini bildirib. İki il sonra, 2006-cı il iyulun 10-na keçən gecə Rusiya xüsusi xidmət orqanları Basayevi inquş kəndi yaxınlığında öldürə bildilər. Basayevin şəxsi köməkçisi Rizvan İsayev və Doku Umarovun sağ əli olan səhra komandiri Yunadi Turçayev də Axmat Kadırova qarşı terror aktının təşkilində əli olmaqda şübhəli bilinirdilər.  Ramzan Kadırov bu cinayətdə əli olan hamını, o cümlədən İsayev 2004-cü ilin noyabrında, Turçayev isə 2005-ci ildə öldürtdü. 2004-cü ilin mayında müstəntiqlər 100-dən çox Qroznı sakinini də istintaqa cəlb etdilər, lakin bəlli oldu ki, onlar Axmat Kadırova qarşı cinayətdə  iştirak etməyiblər.

detail_0adfdd52e409ee98631272732ca8fecd.jpg (63 KB)

2007-ci ildə prokurorluq  istintaqı dayandırdı və bir il sonra Kadırov "Dinamo" stadionunda baş verən partlayışda iştirak edən bütün cinayətkarların tapılaraq məhv edildiyini açıqladı. Lakin onların tam siyahısı  bugünədək də sirr olaraq qalır...

Axmat Kadırovun ölümündən sonra baş nazir Sergey Abramov Çeçenistan rəhbərinin səlahiyyətlərini icra etməyə başladı. Çeçenistanda beş günlük matəm elan edilib və bu müddət ərzində yerli televiziyada yalnız Quran oxundu. Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Axmat Kadırova ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq gördü.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR