İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərim Benzema sevgilisinə görə bunu da etdi

464 17.12.2025 14:58 Dünya A A

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema sevgilisi ilə xüsusi görüş keçirmək üçün Parisdəki Luvr muzeyini 12 min avroya icarəyə götürüb.

Musavat.com xəbər verir ki, futbolçu fransız–əlcəzair əsilli 33 yaşlı aktrisa və model Lina Kudri ilə münasibətdədir. Cütlük görüşü ziyarətçilər üçün bağlı olan Luvr binasında, tamamilə boş muzey şəraitində keçirib.

Bu hadisə fonunda Luvr rəhbərliyi muzeyin açılışının tətil səbəbindən gecikdiyini açıqlayıb. Məlumat muzeyin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Kərim Benzema son illər təkcə futbol fəaliyyəti ilə deyil, şəxsi həyatı ilə də tez-tez medianın diqqət mərkəzində olur.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR