İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kim Çen In aqressivləşib, Putini təqlid edir” –“The Washington Post”dan ŞOK məqalə

8809 29.04.2022 10:22 Qalmaqal A A

“Rusiyanın Ukraynaya hücumundan sonra Şimali Koreya lideri Kim Çen In daha da aqressivləşib. O, hərəkət və bəyanatlarında Rusiya lideri Vladimir Putini təkrarlayır”.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “The Washington Post”un məqaləsində deyilir. Qəzetin köşə yazarı Coş yazır: “Putin risk, eskalasiya və nüvə böhranı ilə bağlı geosiyasi dərslikləri yenidən “yazarkən”, onun tələbəsi Kim açıq-aydın “qeydlər aparır”. Vaşinqton təbii olaraq Avropadakı böhrana kökləndiyi bir vaxtda Kim də Şərqi Asiyaya diqqəti artırır”.

Seuldakı Kukmin Universitetinin professoru Andrey Lankov bildirib ki, Kim Çen In Putinin Ukraynaya qarşı strategiyasını iki formada təqlid edir. Hücum xarakterli adi hərbi taktikaya keçməklə və ölkənin nüvə doktrinasını dəyişməklə: “Bu, Kimin mütləq Cənubi Koreyaya hücum edəcəyi anlamına gəlmir. Amma bu, onun bu ehtiyatsız addımı atması riskinin artdığını göstərir”.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri Şimali Koreya ABŞ-a çata bilən qitələrarası ballistik raketin iki sınağı da daxil olmaqla dörd ballistik raket sınağı keçirib. “Demokratik qonşularını təhdid edən bütün diktatorları cilovlamaq üçün ən yaxşı yol Putinin Ukraynada uğursuzluğa düçar olmasına əmin olmaqdır. Bu, baş verməlidir ki, Pxenyan və ya Pekin liderləri ondan nümunə götürməsin”, – məqalə müəllifi hesab edir.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR