İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə kütləvi zərbə - işıq kəsildi, partlayışlar davam edir

1079 06.07.2026 03:15 Dünya A A

Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar zamanı Kiyev və ətraf bölgələrdə vəziyyət daha da gərginləşib.

Musavat.com xəbər verir ki, monitorinq kanallarının məlumatına görə, Kiyev vilayətinin Buça rayonunda işıqlar sönüb. Məlumata əsasən, Rusiya ordusunun hücumu davam edir və paytaxtda yenidən güclü partlayış səsləri eşidilir.

Şəhərdə hava həyəcanı siqnallarının aktiv qaldığı, hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilir.

***

Rusiyanın Ukraynaya qarşı növbəti raket və dron hücumu zamanı Kiyevdə güclü partlayışlar baş verib.

Musavat.com xəbər verir ki, Qərb mənbələrinin məlumatına görə, hücumlar paytaxt Kiyev də daxil olmaqla Ukraynanın 8 bölgəsini əhatə edib.

Bildirilir ki, şəhərdə hava həyəcanı siqnalları işə düşüb, ardınca isə çoxsaylı güclü partlayış səsləri eşidilib.

Yerli mənbələr hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə başladığını yazır. Hücumun nəticələri və mümkün dağıntılar barədə məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR