İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolleclərdə yeni ixtisas tədris olunacaq

2731 06.02.2024 15:52 Təhsil A A

"Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq".

Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

kamran.jpg (28 KB)

Ekspertin sözlərinə görə, yeni ixtisas optometriya adlanır və bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcək.

"Ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var. Düşünürəm ki, ali təhsil müəssisəsində də bu ixtisas olmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində mamalıq işi, tibbi profilaktika, tibb bacısı (qardaşı) işi, ortopedik stomatologiya, müalicə masajı, laboratoriya diaqnostikası, əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib", - deyə Kamran Əsədov qeyd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR