İnsanlara hürriyət, millətlərə istiqlal!

Kommunistlər Putinə qarşı

1269 17.06.2026 09:40 Siyasət A A

Son sorğular göstərir ki, “Vahid Rusiya”nın reytinqində azalma, əvəzində kommunistlərə dəstək getdikcə artır

Ötən gün Rusiya prezidenti Vladimir Putin bu il sentyabr ayının 20-də Dövlət Dumasına seçkilər elan etdi.

Musavat.com “Svobodnaya Pressa”ya istinadən xəbər verir ki, bu seçkilərdə Kommunist Partiyası (KPRF) hakimiyyətə qarşı əsas alternativ güc kimi ön plana çıxır.

“Prezident tərəfindən seçkilərin tarixinin rəsmən elan olunması ilə kampaniya start götürsə də, artıq indidən siyasi qüvvələr arasında real balansın necə dəyişdiyi müşahidə olunur. Son illərdə ilk dəfədir ki, geniş ictimaiyyət siyasi mübarizənin əsas xəttini bu qədər aydın görür. Əsas qarşıdurma hakim “Vahid Rusiya” ilə KPRF arasında cərəyan edir. Digər partiyalar isə daha çox formal iştirakçı təsiri bağışlayır və onların əsas məqsədi parlamentdə yer tutmaqdan ibarət görünür”.

Picture background

Nəşr qeyd edir ki, KPRF-in fəallaşması xüsusilə regionlarda açıq hiss olunur. Sverdlovsk vilayətində kommunistlərin apardığı intensiv təşviqat kampaniyası hakim partiyanı passiv mövqedən çıxmağa məcbur edib. Bu isə seçicilərin gözündə iki əsas seçim formalaşdırır: hakimiyyət və ona qarşı etiraz.

“Kommunistlərin əsas üstünlüyü onların seçicilərə təqdim etdiyi ideoloji çərçivədir. Partiya “Qələbə proqramı” ilə çıxış edərək sosial ədalət, dövlət nəzarətində iqtisadiyyat və sosial təminatın gücləndirilməsi kimi mesajları önə çəkir. Bu proqramın əsas istiqamətləri arasında senzurasız internet, səhiyyə və təhsil sahəsində köklü dəyişikliklər, eləcə də strateji sahələrin milliləşdirilməsi yer alır. Maraqlıdır ki, KPRF təkcə sosial-iqtisadi məsələlərlə kifayətlənmir, həm də ölkənin xarici və hərbi siyasətinə dair alternativ yanaşma təqdim etməyə çalışır. Partiya Ukrayna müharibəsinin başa çatdırılması üçün konkret planın hazırlanmasını vacib sayır və bunu açıq şəkildə dilə gətirir. Bu isə onu digər “sistem müxalifəti” partiyalarından fərqləndirən əsas məqamlardan biridir” deyə, qeyd olunur.

Picture background

Digər tərəfdən, “Vahid Rusiya” partiyası hələ də inzibati resurslar və siyasi sistem üzərində nəzarət baxımından üstün mövqedədir. Lakin son sorğular göstərir ki, partiyanın reytinqində azalma müşahidə olunur. Əvəzində KPRF-in dəstəyi tədricən artır. Bu dinamika seçkilərin daha gərgin və rəqabətli keçəcəyindən xəbər verir:

“Seçki prosesinin özü də müzakirə mövzusudur. Üçgünlük səsvermə, elektron səsvermə sistemi və internet məhdudiyyətləri ilə bağlı narahatlıqlar müxalif qüvvələr tərəfindən tez-tez səsləndirilir. Bu amillər seçkilərin şəffaflığı ilə bağlı suallar doğurur və nəticələrin legitimliyi ətrafında debatların yaranmasına səbəb ola bilər. Bütün bunların fonunda əsas sual dəyişmir: Rusiyada seçici davranışı hansı istiqamətdə formalaşacaq? Əgər sosial-iqtisadi vəziyyətlə bağlı narazılıq dərinləşərsə, kommunistlərin “etiraz platforması” daha geniş dəstək qazana bilər. Əks halda, hakimiyyət öz mövqeyini qorumağa davam edəcək.

Aydın görünən odur ki, bu seçkilər Rusiyanın siyasi sistemində yeni mərhələnin başlanğıcı ola bilər. Kommunistlərin güclənməsi təkcə parlamentdə yerlərin bölgüsünə deyil, ümumilikdə ölkədə siyasi diskursun dəyişməsinə təsir göstərə bilər” deyə, nəşr qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR