İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrana sahib çıxır

818 16.01.2026 11:05 Dünya A A

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-nin İrana qarşı hərbi gücdən istifadə siyasətini kəskin şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, o, bu mövqeni BMT Təhlükəsizlik Şurasının İrana həsr olunmuş iclasında səsləndirib.

Nebenzya bildirib ki, ABŞ-nin hazırkı siyasəti beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsini kobud şəkildə pozur və ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, Rusiya bəzi üçüncü ölkələrin mövcud vəziyyətdən istifadə edərək İranda onlara sərf etməyən siyasi quruluşu devirməyə çalışdıqlarını açıq şəkildə görür.

Rusiyalı diplomat Vaşinqtonda və digər paytaxtlarda “qızğın başları” düşünməyə çağıraraq, 2025-ci ilin iyununda baş verə biləcək mümkün faciənin qarşısının alınmasının vacibliyini vurğulayıb.
 O həmçinin İran xalqı ilə həmrəylik ifadə etdiklərini və bütün günahsız qurbanların xatirəsini ehtiramla yad etdiklərini deyib.

Açıqlama BMT Təhlükəsizlik Şurasının iclası zamanı verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR