İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Putin-Paşinyan görüşü ilə bağlı ANONS  

957 22.04.2024 14:26 Siyasət A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Musavat.com bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb. Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur. “Yenə də bununla bağlı heç bir siqnal olmadı. Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – Peskov Rusiya sərhədçi postlarının çıxarılması ilə bağlı bəyanatları şərh edərkən deyib.

Qeyd olunur ki, Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində, Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR