İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım 10 il əvvəl necə təslim oldu?

1211 16.03.2024 15:24 Yazarlar A A

Vaxtilə kommunist Azərbaycan Dağlıq Qarabağda milli siyasətdə hansı səhvlər etmişdirsə, Ukraynada yeni hakimiyyətə gələnlər eyni səhvləri  Krımda  etdilər... 

Martın 16-da Krımın rəsmi ilhaqının(işğalının) 10 ili tamam oldu. Ukrayna bu tarixi qara təqvim günü kimi qeyd edir, ruslar isə əksinə bayram kimi.  Tanış mənzəridir: biz də torpaqlarımızın işğal günlərini hüznlə, ermənilər isə Şuşada yeyib-içməklə qeyd edərdilər...  

kir.jpg (161 KB)

Rusiya 10 il əvvəl bir güllə atmadan- “referndumla” bu ilhaqı rəsmiləşdirdi.  2014-cü ildə Ukraynada başlamış “Avromaydan” hərəkatının bu ölkəyə belə  necə ağır itkilərə səbəb olacağını kimsə ağlına gətirməzdi. Ukrayna müstəqillikdən sonra da Rusiyanın az qala “arxa baxçası” idi- hakimiyyət, ordu, kəşfiyyat hamısı Moskvanın nəzarətində idi. O səbəbdən Krım işğal olunanda “hanı bu ölkənin topu-topxanası ki, bir güllə atmadan ərazilərini Rusiyaya “birləşməsinə” imkan verdilər” yazmağım bəlkə də emosional mövqe idi. Krım ilhaq olunanda, ölkənin şərqində separatçı qondarma qurumlar yaradılanda Ukrayna həqiqətən də müqavimət təşkil edə bilmədi.  

foto-krım.jpg (164 KB)

 Rusiyanın 2014-cü ilin 16 martında niyə tez-tələsik “referendum”la Krımı ilhaq etdiyi hamının yadındadır. “NATO qoşunları bu gün-sabah Krımda olacaq” deyən Qərbin hərbi-siyasi gücləri Rusiyanı   sərt qərarlar verməyə sövq etdi.  Yalanı yoxdur, doğrusu da odur ki, vaxtilə kommunist Azərbaycan Dağlıq Qarabağda milli siyasətdə hansı səhvlər etmişdirsə, Ukraynada yeni hakimiyyətə gələnlər eyni səhvləri  Krımda da etdilər.  Ən əsası yarmadanın tarxi sakinlərinə, başları müsibətlər çəkmiş tatarlara güvənmədilər, yarımadada onların sayının artmasına guya “separatçılıq təhlükəsini önləmək” üçün maneə yaratdılar.  Ukrayna hakimiyyətlərinin xüsusilə son 20 ildəki yanlış milli siyasəti sayəsində Krımın ilhaqı belə qan-qadasız, asanlıqla gerçəkləşdi.

Снимокee.JPG (35 KB)

Yenə o fikirdəyəm ki, Ukrayna Qərbə doğru getməklə heç nə qazanmadı, əksinə itirməkdə davam edir.  Əslində bu elə Qərbin planı idi, Ukrayna xalqına guya canlarımı yanırdı? Ukrayna və  Rusiyanı düşmən etməklə Şərqi Avropada gələcəkdə mümkün ola bilən böyük slavyan birliyinin qarşısını aldılar. Ukrayna zəlil, əhalisi qaçqın oldu. İndi eyni ssnerani  axmaq Ermənistan hakimiyyəti üzərtində də qurlur.  Ukraynaya 10 il əvvəl verilən Avropa Biriyinə üzvlük sözü, söz olaraq qalıb, NATO-ya üzvlük yalanı da eləcə. “Göy muncuq” almaq sırası indi Ermənistana çatıb.  Ermənistanı silahlandırırlar, yenə hansısa vədlər verirlər, sabah isə NATO-nun baş katibi bölgəyə gəlir, İrəvana da gedəcək. Allah bilir, bağlı qapılar arxasında nə vədlər veriləcək, nə planlar qurulacaq... Bu yaxınlarda həmkarlara bu mövzuda söhbətimizdə də dedim ki, Ermənistan NATO üzvü olsa, Azərbaycan məsələn, Rusiya kimi ağrılı reaksiya verə bilərmi? Yəni bizmiz planımız nədir,  sərhədlərin müəyyənləşməsi məsələn, Ermənistanın NATO üzvlüyündən sonraya qalsa, nə olacaq və sairə...    

Снимокgg-1.JPG (64 KB)

Rusiya işğalçıdır. Ukrayna nümunəsi bunun təsdiqidir. Amma Qərb də nə ondan yönlüdür, nə ağıllı. Məgər İraq işğal deyildi? Əfqanıstan işğal deyildi? Fransanın Afrikadakı törətdikləri necə? ABŞ prezidenti dünən Putini bandit adlandırıb. Bandit e... Yəni bandit pis söz deyil, işğalçı mənasında heç deyil...  

Kimin gücü varsa, o haqlıdır, dünyanın düzəni bu. Ədalətlidirmi? Əlbəttə, heç deyil! Amma şərtləri biz diktə etmirik. Çalışaq ki, dövlətimiz güclü olsun... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR