İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın kimi Krım... - Azadlığı yaxındamı?

1031 10.06.2026 10:04 Siyasət A A

Ukrayna KİV-ləri yarımada ətrafında son baş verənləri “Krımın azad edilməsi əməliyyatının başlanğıcı” kimi qiymətləndirirlər; "Bəs, Ukrayna niyə  bu ərazisinin müqavimətsiz təslim etdi” sualının cavabı əslində o zamandan bəlli idi... 

Ukrayna ordusu bir neçə gündür ki, Krımı Rusiya ilə birləşdirən quru yol və dəmir yollarına ardıcıl dron hücumları edir. Bu səbəbdən də yarımadaya həm sərnişin avtobuslarının və qatarların hərəkəti dayandırılıb. Xerson bölgəsini Krımla birləşdirən Çonqar boğazı üzərindəki körpüyə də hücum vəziyyəti daha da qəlizləşdirib. Ukrayna KİV-ləri hətta baş verənləri “Krımın azad edilməsi əməliyyatının başlanğıcı” kimi qiymətləndirirlər...

Bildirilir ki, Ukrayna bu əməliyyatlarla Krımı blokadaya almağa çalışır. Bundan əlavə, Ukrayna tərəfinin məqsədi 150-180 min arasında əsgəri olan iki Rusiya ordu qrupuna təchizatı dayandırmaqdır. Bu məqsədlə dronlar Rostovdan Taqanroq və Mariupoldan keçərək Çonhar şəhərinə qədər Novorossiya şossesi boyunca logistikanı bloklayır. Iddia olunur ki, dünya çox tezliklə Krım körpüsünə də hücumların şahidi olacaq.

Krım körpüsü nüvə elektrik stansiyaları kimi ən yüksək dərəcədə qorunan strateji obyektlər sırasına daxildir. Körpünün ətrafında yüzlərlə kilometr məsafədə radiolokasiya və radar stansiyaları gecə-gündüz hava məkanını izləyir. Körpünün havadan, dənizdən, kosmosdan və hətta sualtıdan nəzarəti özündə birləşdirən çoxqatlı təhlükəsizlik sisteminə baxmayaraq, mütləq təhlükəsizlik zəmanəti yoxdur. Kerç boğazı üzərindən keçən ilk körpü 1944-cü ildə, təxminən 4 km uzunluğunda tikilib, lakin layihələndirmədəki səhvlər ucbatından tezliklə dağılıb. İkinci körpü tikintisi Krımın ilhaqından iki il sonra- 2016-cı ildə başlayıb və 2019-cu ildə istifadəyə verilib. 19 kilometrlik körpüdən həm qatar, həm də avtomobil yolu var. Körpü 3,55 milyard dollara başa gəlib.

Krım haqqında yalan olmasın, bu işğaldan bəri bəlkə də yarımadada doğulmuş ukraynalılardan daha çox yazmışam... Məsələn, 2014-cü ilin martında Krım ancaq yarımadada qalmış rusların iştirak etdiyi “referendum”la Rusiyaya birləşdiriləndə bir az da qəzəblə yazmışdım ki, “hanı bu ölkənin topu-topxanası ki, bir güllə atmadan bu işğala imkan verdilər”. “Bəs, Ukrayna niyə müqavimətsiz təslim oldu” sualının cavabı da əslində o zamandan bəlli idi.

Əvvəla, Ukrayna müstəqillikdən sonra da Rusiyanın az qala “arxa bağçası” idi- hakimiyyət, ordu, kəşfiyyat hamısı Moskvanın nəzarətində idi. O səbəbdən Krım ilhaq olunanda da, ölkənin şərqində separatçı qondarma qurumlar yaradılanda da Ukrayna müqavimət təşkil edə bilmədi. Qərbin Ukraynanın başına hansı oyunlar gətirdiyini 2014-cü ildən bəri görürük, elə Krımın işğalında da onların az suçlu deyil. 2014-cü ilin yazında Krımın tez-tələsik ilhaqında “NATO qoşunları bu gün-sabah Krımda olacaq” deyən Qərbin avantürist hərbi-siyasi gücləri də məsuliyyət daşıyır.

Eləcə də müstəqillikdən bəri Ukraynada hakimiyyətə gələnlər yarımadanın tarixi sakinlərinə- Krım tatarlarına qarşı özbaşınalıqlar etdilər, onlara güvənmədilər. Bilinən faktdır ki, yarımadada tatarların sayının artmasına guya “separatçılıq təhlükəsini önləmək” adı altında maneə yaratdılar. Rusların sayı məhz Ukrayna hakimiyyətlərinin siyasi korazehinliyi sayəsində artdı və Krımın ilhaqı bir neçə dılğır Avropa və Cənubi Amerika ölkələrinin tanıdığı “referendumla” gerçəkləşdi...

2014-cü ildən işğal edilən Krım(ərazisi 26 min 861 kvadrat kilometr) və Sevastopulu da(1079 kvadrat kilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadrat kilometr idi...

maxresdefault.jpg (226 KB)

Ehtimal edilir ki, əgər Ukrayna ordusunun planları baş tutarsa, yarımadadakı Rusiya hərbi mövcudluğu tezliklə minimuma endirilə bilər. İşğal olunmuş ərazilərdə logistikanı kəsməklə Ukrayna ordusunun əvvəl Zaporojye və Xerson bölgəsini, sonra Krım və sonra Donbası azad etməsi mümkündür.

Ukraynanın ordu rəhbərliyi 2022-ci ilin fevralından bəri Krımın işğaldan azad ediləcəyi müddət haqda müxtəlif vədlər veriblər- gah yaz, gah payız deyiblər. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası isə “Krımın işğaldan azad edilməsi üçün 12 addım” adlı plan da hazırlayıb. Bu plan 2014-cü ilin fevralından sonra Krıma gələn Rusiya vətəndaşlarının oradan çıxarılması, daşınmaz əmlak alqı-satqısı əməliyyatlarını etibarsız sayılması və Krım körpüsünün sökməsinü və s. nəzərdə tutur. Putin isə heç şübhəsiz Krımı hakimiyyətdə olduğu müddətdə özünün ən mühüm nailiyyəti hesab edir və buna görə də yarımadanı sona qədər müdafiə etməyə hazır olacaq...

Laçının adı necə yaranıb? - Adları müzakirə doğuran RAYONLAR

Biz isə Ukrayna müharibəsindən bəri dəfələrlə yazdığımız kimi işğaldan azad edilmiş torpaqlarımıza, xüsusən hər tarixində qalacaq Şuşa əməliyyatına görə, bir güllə atılmadan azad edilən Ağdama, Laçına, Kəlbəcərə görə şükür etməliyik...
Kim bilir, bəlkə Ukrayna da belə bir möcüzə hərbi əməliyyatlarla Krımı elə bir güllə atmadan işğaldan qurtardı...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR