İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lazım gəlsə…” - Ukraynanın ordu generalının Əbiyevdən fərqi

2825 22.04.2023 18:54 Yazarlar A A

Bizə erməni-rus işğalına qarşı dayanmaq üçün xaricdən bir patron da vermədilər, üstəlik, silah satışını qadağan edən “907-ci düzəliş”i qəbul etdilər; Ukrayna ordusunun başındakı adamlar – Zelenski də, ordu rəhbəri Valeri Zalujnı da “lazım gələrsə...”ni bir az fərqli deyirlər, çünki...

Ukrayna müharibəsində əks-hücumla bağlı anonsu bir az da Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin anekdota çevrilmiş “lazım gələrsə...” deyiminə oxşatmaq olar. Əbiyev Rusiya ordusunda xidmət etmiş təcrübəli general kimi güc amilinin istənilən müharibədə həlledici olduğunu yaxşı bilirdi, amma bunu əlbəttə ki, “hələ zaman yetişməyib” deyərək, ifadə edə bilməzdi.

1522302784_image.jpg (74 KB)

İndi Ukraynada baş verənləri izlədikdə anlayırsan ki, biz o zamankı ordunun baş generalının sözlərini nahaq qəribçiliyə salmışıq, o, əslində həqiqəti söyləyirdi. Bizə erməni-rus işğalına qarşı dayanmaq üçün xaricdən bir patron da vermədilər, üstəlik, silah satışını qadağan edən “907-ci düzəliş”i qəbul etdilər. İndi kim izah edə bilər ki, Ukraynadakı işğalla Azərbaycan torpaqlarının işğalı arasında hansı fərq var? ABŞ indi guya Ukraynada işğala qarşı olub, Çinin ərazisi olan Tayvanın başını sığallaması, silahlandırmasına bəs nə ad vermək olar? Nə isə... Şükür ki, “lazım” 2020-ci ilin sentyabrında “gəldi”, erməninin belini qırdı, işğalı böyük ölçüdə sonlandırdı...

Ukrayna ordusunun başındakı adamlar – Zelenski də, ordu rəhbəri Valeri Zalujnı da “lazım gələrsə...”ni bir az fərqli deyirlər, çünki onlar xaricdən lazımi silah gözləyirlər və əks-hücumun necə nəticələnəcəyini bu amillə əlaqələndirirlər. Ukrayna zamanında NATO standartlarına uyğunlaşmış ordu quruculuğuna başlamasaydı, müharibədə də lazımi dəstəyi olmasaydı, əlbəttə ki, Rusiyanın qarşısında bu qədər duruş gətirmək mümkün olmazdı. Bəs, bu əks-hücum nə ola bilər ki, hamı gözünü ona dikib?

Zalujni-Rusiya-su-səthi-dronlarindan-istifadə-edib (1).jpg (69 KB)

Məsələn, ABŞ-ın “Foreign Policy” nəşri ukraynalı deputata istinadən yazıb ki, silah çatışmazlığı əks-hücumu qeyri-müəyyən müddətə təxirə salıb. Rusiyalı hərbi ekspertlər isə gözlənilən əks-hücumun təxirə salınması ilə bağlı iddialara ehtiyatla yanaşmağa və yalnız öz kəşfiyyatlarına etibar etməyə çağırıblar.

NATO-nun baş katibi Kiyevə səfərində “indi əsas diqqət Ukraynanın qələbəsinin təmin edilməsinə yönəlib ki, Putin qalib gəlməsin” deyib. O, Ukraynanın yeni əməliyyatlarının uğurlu olacağına əminliyini də ifadə edib. Bunun ardınca, “Ramşteyn” aviabazasında Ukraynaya yardım üzrə təmas qrupunun da qapalı toplantısı keçirilib. Məlumata görə, “Ramşteyn” də Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi qərar alınıb. Həmçinin Almaniyada təlim keçən 25 minə yaxın ukraynalı əsgərin 8 minə yaxınının artıq təlimi başa vurub vətənə qayıtdığı bildirilib. Bundan əlavə, Qərbin Ukraynaya 9 zirehli briqadanı təchiz etmək üçün 230-dan çox tank və 1500 digər zirehli texnika ötürdüyü açıqlanıb.

“Vaqner”in təsisçisi Priqojin dərhal reaksiya verərək, verilmiş qərarlara ciddi yanaşmaq lazım olduğunu, “zarafatlar bitdi” deyib. Priqojin bildirib ki, əks-hücumun ertələnməsi barədə iddialara inanmaq lazım deyil və əməliyyat mütləq olacaq.

ermak-zaluzhnyj-i-reznikov-780x470.jpg (55 KB)

Ukrayna hücumu elə bir yerdən təşkil etmək istəyir ki, həm uğur qazana bilsin, həm də xarici tərəfdaşlarının gözünə girsin. Çünki cəbhədəki uğursuzluq Kiyev hakimiyyətinə inamı getdikcə daha da sarsıdır. Qərb müttəfiqləri Ukraynanın Rusiya ərazisində əməliyyatlar keçirməsini tamamilə normal hesab edirlər. Rusiya ərazisi dedikdə, əlbəttə ki, Krım nəzərdə tutulur. Krım çətin olsa da, əks-hücumun ilk hədəfidir. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov hələ qışda “yazda Ukrayna Silahlı Qüvvələrinin Krımda olacağına” söz verib. Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda səfər etdiyi Xerson və Luqansk vilayətlərindən də əks-hücum əməliyyatı başlaya bilər. Dnepr çayından keçməklə Zaporojye AES-ə mümkün hücum haqda da danışılır. Canlı qüvvəyə gəlincə, əks-hücumda təxminən 300-400 min ukraynalı döyüşçünün iştirakı mümkün hesab edilir.

Prezident Zelenski əvvəlki cəlbediciliyini itirib, daha yüksək tribunalardan səsi əvvəlki kimi gəlmir. Bu həm də o deməkdir ki, Ukrayna müharibəsi hamını yorub. Rusiyanın işğal planı həmişə olur, bu, dövlətin yapısıdır, mayasındadır yəni. Amma Ukraynanı işğal etməyə ABŞ təhrik edib. Putin bəlkə də Ukraynanın tarixən Rusiyanın ərazisi hesab etdiyi ərazilərini daha uyğun zamanda ilhaq etmək istəyirdi, Vaşinqton isə bu prosesi tətiklədi, tezləşdirdi.

230224155305-02-zelensky-address-022423.jpg (41 KB)

İndi gec-tez bu müharibəni bitirmək də lazım gələcək, amma bunu necə edəcəklərini bilmirlər. Müharibənin sonunda “Lazım gəlsə...”si var axı... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR