İnsanlara hürriyət, millətlərə istiqlal!

Lent.az-ın 15 yaşı tamam olur

865 25.06.2023 08:15 Media A A

Bu gün Azərbaycanın ilk azərbaycandilli xəbər portalı olan Lent.az-ın fəaliyyətə başlamasından 15 il ötür.

APA xəbər verir ki, www.Lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Lent.az Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.

Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

“Yeni Musavat” Media Qrupu adından həmkarlarımızı təbrik edirik!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR